Modern.az

Elxan Poluxov etimadnaməsini prezidentə təqdim etdi

Elxan Poluxov etimadnaməsini prezidentə təqdim etdi

Aktual

22 Fevral 2013, 16:14

Azərbaycan Respublikasının Anqola Respublikasına təyin edilmiş ilk fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov bu gün  etimadnaməsini Anqola Respublikasının Prezidenti cənab Joze Eduardo Duş Santuşa təqdim edib. Modern.az xəbər verir ki, mərasimdən sonra görüş keçirilib.

Görüş zamanı səfir Elxan Poluxov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezidentə çatdırıb, iki ölkə arasında münasibətlər, münasibətlərin perspektivləri, Anqola Prezidenti haqqında Azərbaycanda gözəl xatirələri, Anqolada yaşayan azərbaycanlıların bu ölkədə özlərini evdə hiss etdiklərini qeyd edib. Səfir Elxan Poluxov fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırmasına dair çalışacağın bildirib.

Cavab olaraq Anqola Prezidenti iki ölkə arasında münasibətləri yüksək qiymətləndirildiyini, mövcud münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb. Ölkələr arasında neft kimya, iqtisadi ticarət, kənd təsərrüfatı, texniki əməkdaşlıq, neft sahəsi üçün mütəxəssislərin hazırlanması və digər  sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Anqola Prezidenti  Azərbaycan Respublikası Prezidentinə salamlarına görə öz təşəkkürünü bildirmiş, onunda salamlarınıncatdırılmasını xahiş edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı