Modern.az

“Azərikimya”da qənaətlə bağlı müşavirə - FOTO

“Azərikimya”da qənaətlə bağlı müşavirə - FOTO

Aktual

22 Fevral 2013, 18:44

“Azərikimya” İB-nin akt zalında Birliyin müəssisə və idarələrində enerjidaşıyıcılardan qənaətlə istifadə olunması ilə bağlı geniş analitik müşavirə keçirilib. Birliyin müəssisə və idarələrinin, istehsalat rəhbərlərinin, baş mütəxəssislərin iştirak etdiyi tədbirdə “Azərikimya” İB-nin İcraçı direktorunun müavini Vüqar Kərimovun ayrı-ayrı struktur bölmələrində qənaət rejiminin tətbiqi sahəsində mövcud vəziyyət, enerjidaşıyıcılardan səmərəli istifadə metodları və s. barədə çıxışı dinlənilib, müzakirələr aparılıb. 

Ekranda əks etdirilən foto-slaydlar və video-süjetlər vasitəsilə Birliyin Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarında, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika idаrələrində son dövrlərdə elektrik və istilik enerjisinə, suya qənaət sahəsində həyata keçiril­miş tədbirlər və onların nəticələri ilə bağlı real mənzərə diqqətə çatdırılıb. Qeyd edilib ki, ayrı-ayrı istehsalat sahələrində, texnoloji və enerji xətlərində yüksək enerjitutumlu transformatorların, mühərriklərin, nasos və kompressorların aztutumlu analoqları ilə dəyişdirilməsi, fiziki və mənəvi baxımdan köhnəlmiş avadanlığın yeniləri ilə əvəz edilməsi xeyli həcmdə enerjidaşı­yıcılara qənaət etməyə imkan verib. Bununla belə bu sahə­də tam istifadə olunmamış potensial imkanların hələ də qaldığı nəzərə çatdırılıb. Tədbir iştirakçıları­nın diqqəti məhz bu sahələrin aşkara çıxarılmasına yönəldilib.  

Müzakirə olunan mövzu ilə bağlı müəssisə və idarə rəhbərlərinin fikir və mülahizələri, təklifləri dinlənilib.  

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev öz çıxışında qənaət reji­mi sahəsində görülən işləri qiymətləndirərək, tədbir iştirakçılarının diqqətini bir çox illərdir ki, əhəmiyyəti  unudulmuş sahəyə – mühəndis-texnik işçilərin texniki yaradıcılıq səylərinin artırılmasına, səmərələşdirmə təkliflərinin hazırlanmasına və tətbiqinə yönəldi. Texniki yaradıcılıq fəaliyyətinin, həyata keçiriləcək səmərələşdirmə təkliflərinin stimullaşdırılacağı, səmərələşdiricilərin mükafatlandırılacağı xəbəri tədbir iştirakçıları tərə­fin­dən böyük rəğbətlə qarşılanıb. Bu onu deməyə əsas verir ki, kimyaçı-mütəxəssislər bundan sonra texniki yaradıcılıq axtarışlarını daha da genişləndirəcək və istehsalatın daha çox qənaət əsasında idarə olunmasına nail olacaq, bu işə öz böyük töhfələrini verəcəklər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı