Modern.az

İlqar Məmmədov ABŞ-dan bu azərbaycanlı hüquqşünaslara qadağa qoymasını istəyir - SİYAHI

İlqar Məmmədov ABŞ-dan bu azərbaycanlı hüquqşünaslara qadağa qoymasını istəyir - SİYAHI

Aktual

23 Fevral 2013, 15:59

Modern.az xəbər verir ki, “REAL” Hərəkatının sədri İlqar Məmmədov saxlanıldığı Kürdəxanı təcridxanasından Avropa Parlamentinə və ABŞ Konqresinə müraciət hazırlayıb.

“İndiyədək həmişə Qarabağın işğalı ilə bağlı müraciət etdiyim Avropa Parlamentinə və ABŞ Konqresinə xahiş hazırlayıram. Bu dəfə Azərbaycanın beynəlxalq öhdəliklərini pozaraq prezident seçkilərindən “REAL”ın namizədini kənarlaşdırmaq məqsədilə mənə qarşı saxta və siyasi mahiyyətli cinayət işinin qurulmasında iştirak edən aşağıdakı şəxslərə viza qadağasının və mümkünsə, maddi səciyyə daşıyan sanksiyaların təsdiqini istəyəcəm:

1. Fuad Ələsgərov (Prezident Administrasiyası)
2. Rüstəm Usubov (prokurorluq)
3. Eldar Əhmədov (prokurorluq)
4. Pərviz İbayev (prokurorluq)
5. Səttar Rzayev (prokurorluq)
6. Nadir Mirzəyev (prokurorluq)
7. Qasım Məmmədov (prokurorluq)
8. Emin Mehdiyev (hakim)
9. Faiq Qasımov (hakim)
10. Sahibxan Mirzəyev (hakim)
11. Camal Ramazanov (hakim)

“Siyasi məhbuslar siyahısını tutmaq yox, siyasi məhbuslar yardan rəsmilərin siyahısını tutub onları cəzalandırmaq lazımdır”-deyə İ.Məmmədov vurğulayıb.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı