Modern.az

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımı İsraildə anılacaq

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımı İsraildə anılacaq

Aktual

23 Fevral 2013, 17:00

Fevralın 25-də  İsrailin paytaxtı Təl-Əvivdə Heydər Əliyev Fondu, AZİZ (Azərbaycan- İsrail Dostluq Cəmiyyətinin) və Heydər Əliyev Mərkəzinin təşkilatıçılığı ilə Xocalı soyqırımnın 21-ci ildönümünə həsr olunmuş anım tədbir keçirləcək. İsrailin Tolerantlıq Muzeyində baş tutacaq  tədbirdə Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov, İsrail Knessetinin deputatları, hökümət üzvləri iştirak edəcək.

Toplantıda Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş “Xocalı hər zaman bizim ürəyimizdədir” adlı fotosərgi nümayiş olunacaq. Heydər Əliyev Fondunun vitse -prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə soyqırıma həsr olunmuş “Bitməyən dəhliz” filmi nümayiş ediləcək . Qeyd edək ki, film “Xocalıya Ədalət” kampaniyası çərçivəsində sənədli materiallar əsasında hazırlanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı