Modern.az

Beynəlxalq məhkəmələrdə Ermənistana qarşı görülən İŞLƏR

Beynəlxalq məhkəmələrdə Ermənistana qarşı görülən İŞLƏR

Aktual

5 Noyabr 2022, 11:10

Ermənistana qarşı beynəlxalq hüquqi müstəvidə addımların atılmasına başlanılıb.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov XİN-də 8 noyabr – Zəfər Günü ilə bağlı tədbirdə deyib.

 

Nazir müavini 2021-ci ilin yanvarında Azərbaycan tərəfindən Ermənistana qarşı Avropa Məhkəməsində ilk iddianın qaldırıldığını xatırladıb. Onun sözlərinə görə, bu iddiada Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın hərbi cinayətləri əksini tapıb, 2021-ci ilin iyununda ikinci şikayət verilib ki, onun da predmeti minalarla bağlıdır:

 

“Minalarla bağlı işin davam etdirməsi ilə bağlı yenidən əlavə şikayət verilib və bu iki şikayət birləşdirilib birgə baxılacaq. Hazırda iş prosedur mərhələsindədir. İddianın mümkünlüyünə baxılacaq”.

 

Elnur Məmmədov diqqətə çatdırıb ki, yay aylarında məhkəmə iki tərəfə sorğu göndərib və yaxın günlərdə bu sorğuya cavab göndəriləcək:

 

“Mümkünlük məsələsi həllini tapdıqdan sonra iş məhkəmədə mahiyyəti üzrə baxılacaq. Ötən ilin sentyabrında Beynəlxalq Ədalət Məhkəməsində irqi ayrı-seçkiliklə bağlı Azərbaycan iş qaldırıb. Ermənistana qarşı təcili tədbirlərin görülməsi ilə bağlı vəsatət verib. 2021-ci ilin sentyabrında verilən vəsatətdə bütün faktlar təqdim olundu və Məhkəmə də bununla bağlı ilk qərarını qəbul edib, Ermənistanın üzərinə öhdəlik qoyulub. Ermənistan tərəfindən də Azərbaycana qarşı cəfəng iddialar irəli sürülüb. Azərbaycan ərazilərinə icazəsiz daxil olan təxribatçı qruplaşmanın üzvlərini Ermənistan hərbi əsirlər adlandıraraq beynəlxalq platformalarda Azərbaycana təzyiq göstərməyə çalışıb. Azərbaycan bununla bağlı dinləmələr zamanı öz mövqeyini faktlarla təqdim edib. 2021-ci ilin dekabrında Ermənistanın bu vəsatətlərindən biri ləğv olunub. Hərbi Qənimətlər Parkının bağlanması məsələsi ilə bağlı da Ermənistan məhkəməyə müraciət etmişdi. Azərbaycanın bununla bağlı mövqeyini əsaslandırıb və məhkəmə Azərbaycanın mövqeyini dəstəkləyərək bu vəsatətləri rədd edib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı