Modern.az

Nazir Mais Bərxudarova general-leytenant rütbəsini təqdim etdi

Nazir Mais Bərxudarova general-leytenant rütbəsini təqdim etdi

Aktual

5 Noyabr 2022, 12:23

Noyabrın 5-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

 

Modern.az xəbər verir ki, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

 

Müşavirədə Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra ötən gün ölkə başçısının sərəncamı ilə general-leytenant hərbi rütbəsi ilə təltif olunan hərbi birliy komandiri Mais Bərxudarova və Sübhan Bəkirova “vitse-admiral” ali hərbi rütbələr təqdim edilib.

 

Eyni zamanda nazir Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...