Modern.az

Bakı və İstanbul metropolitenləri birgə layihə planlaşdırır

Bakı və İstanbul metropolitenləri birgə layihə planlaşdırır

Aktual

5 Noyabr 2022, 14:08

"Bakı Metropoliteni" QSC ilə İstanbul Metropoliteni arasında gələcəkdə böyük layihələr icra ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İstanbul Metropolitenin baş direktoru Özgür Soy bildirib.

 

Ö.Soy "Bakı Metropoliteni" ilə müxtəlif sahələrdə apardıqları əməkdaşlıq fəaliyyətlərindən danışıb:

 

"Bakı Metropoliteni" ilə çox yaxşı bir əməkdaşlığımız var. Birlikdə bir neçə layihəyə imza atırıq. Siqnalizasiya sistemləri, yeni vaqonların və digər maşın-mexanizm sistemlərinin dəyişdirilməsi, inşaat və digər sahələrdə əməkdaşlıq edirik. Həm biz öz təcrübələrimizi bölüşürük, həm də "Bakı Metropoliteni"nin təcrübələrindən faydalanırıq".

 

"Bizim apardığımız Ar-Ge araşdırmaları var. O araşdırmalarla bağlı danışıqlar aparırıq. Azərbaycan dövlətinin planlarına bağlı olaraq hər cür əməkdaşlığa açığıq. Hazırda "Bakı Meteopoliteni" ilə qarşılıqlı təlimlər veririk və təcrübələrimizi paylaşırıq. Gələcəkdə mütləq daha böyük layihələrimiz olacaq", - Türkiyə rəsmisi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı