Modern.az

İranın PUA və raket zavodlarını vurmaq lazımdır

İranın PUA və raket zavodlarını vurmaq lazımdır

Aktual

5 Noyabr 2022, 23:43

İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçuş aparatları tədarükünü etiraf etməsi məntiqsiz görünür.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

 

“Dronların Rusiyaya təhvil verilməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni, onlar mindən çox PUA-nı müharibədən əvvəl tədarük ediblər, rusiyalılar isə döyüş meydanında praktiki olaraq müharibəni uduzduqdan sonra onlardan istifadə etməyə başlayıblar. Yəni kritik infrastrukturumuzu məhv etmək əvəzinə, dronlar 8 ay anbarlarda yatıblar?”, - Ukrayna rəsmisi deyib.

 

Podolyak qeyd edib ki, İrana qarşı onilliklər ərzində tətbiq edilən güclü sanksiyalara baxmayaraq, bu ölkənin Rusiyadan daha yaxşı silahlar istehsal etməsi qəribə görünür:

 

"Tehranın silah istehsalını davam etdirdiyini, totalitar rejimə etiraz edən öz vətəndaşlarını öldürdüyünü, Rusiya üçün silah tədarükünü nəzərə alsaq, daha sərt davranmaq lazımdır. Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Məsələn, PUA və ballistik raketlərin istehsalı müəssisələrinə konkret zərbələr endirmək olar".

 

Qeyd edək ki, rəsmi Tehran Rusiyaya pilotsuz uçuş aparatları verdiklərini etiraf edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?