Modern.az

Avroliqada pley-off mərhələsinin püşkü atılacaq

Avroliqada pley-off mərhələsinin püşkü atılacaq

Aktual

7 Noyabr 2022, 09:03

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

 

Modern.az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Öz qruplarında ikinci yeri tutan komandalar UEFA Çempionlar Liqasında üçüncü yerin sahibləri ilə görüşəcək.

 

Avropa Liqasında qrupdan çıxanlar: PSV (Niderland), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə), "Nant" (Fransa), "Renn" (Fransa), "Union" (Berlin, Almaniya), "Midtüllan" (Danimarka), "Monako" (Fransa)

 

Çempionlar Liqasından gələnlər: "Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna), "Yuventus" (İtaliya)

 

Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?