Modern.az

Meşə fondunda 200 mindən artıq ağac əkilib - FOTOLAR

Meşə fondunda 200 mindən artıq ağac əkilib - FOTOLAR

Aktual

7 Noyabr 2022, 17:53

Əkin mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında 200 mindən artıq ağac əkilib.

 

Modern.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, son bir həftə ərzində ölkə ərazisinin meşə fondu torpaqlarında 116500  ağac tingi əkilib, 5000 kiloqramdan çox toxum səpilib:

 

"Əkinlərdə Regional Meşə Təsərrüfatları Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş tinglərdən istifadə olunur".


 
Mətbuat katibinin sözlərinə görə, payız ağac əkini başlayandan bugünədək ölkə ərazisinin meşə fondu torpaqlarında 200 mindən çox ağac tingi əkilib.

 

Meşə fondu torpaqlarında 200 mindən artıq ağac əkilib - FOTOMeşə fondu torpaqlarında 200 mindən artıq ağac əkilib - FOTOMeşə fondu torpaqlarında 200 mindən artıq ağac əkilib - FOTOMeşə fondu torpaqlarında 200 mindən artıq ağac əkilib - FOTO

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...