Martın 14-də Prezident İlham Əliyevin Almaniyada keçirdiyi görüşlər, Ermənistan Baş naziri Nikol Paşinyanın 4 saatlıq mətbuat konfransı, ABŞ və Rusiyanın Qara dəniz üzərində toqquşması gündəmin əsas müzakirə mövzuları olub.
Modern.az dünənin icmalını təqdim edir:
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın Azərbaycana qarşı təxribatlarına münasibət bildirib. "Azərbaycan və İran arasında vəziyyətə gəlincə, əlbəttə, İran regionda zərərli aktor olub. Bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur", - o deyib.
Müdafiə Nazirliyi dünən məlumat yayıb ki, martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub.
Dünən, həmçinin Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmer və kansler Olaf Şoltsla görüşüb. Prezident Şoltsla birgə mətbuat konfransında deyib ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir, siyasi dialoq müntəzəm olaraq aparılır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Dövlət başçısı, həmçinin Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının labüd olduğunu diqqətə çatdırıb. Şolts isə qeyd edib ki, beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımayıb.
ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycana gəlib və Baş Qərargah rəisi Kərim Vəliyevlə görüşüb.
Dünən Ermənistan Baş naziri Nikol Paşinyan 4 saatlıq mətbuat konfransı keçirib. Paşinyan konfrans boyunca Azərbaycanla münasibətlərdən və Qarabağ məsələsindən, hərbi, siyasi və iqtisadi gündəmdə olan mövzulardan, KTMT-dən, korrupsiya ilə mübarizədən və Rusiya-Ermənistan əlaqələrindən, eləcə də bir sıra digər mətləblərdən danışıb. O, üçtərəfli bəyanatdan gileylənib və Ermənistanın təhlükəsizlik sistemində problemlər olduğunu etiraf edib.
Paşinyan çıxışı zamanı KTMT ilə bağlı məsələyə də aydınlıq gətirib. "2022-ci ildə KTMT-nin baş katibi mənə dedi ki, KTMT-də Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı qorxular var. Cavab verdim ki, bu qorxular yersizdir, amma Ermənistanda mövcud olan başqa qorxular da var və bu, KTMT-nin Ermənistanı tərk etməsi ilə bağlıdır. Mənim qiymətləndirməm isə ondan ibarətdir ki, istər-istəməz KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir", - deyə Ermənistan baş naziri vurğulayıb.
Gürcüstan parlamentinin binası qarşısında yenə etiraz aksiyası başlayıb. Aksiya iştirakçıları mübahisəli “Xarici agentlər haqqında" qanun layihəsinə dəstək ifadə ediblər. Aksiyaçılar qanun layihəsinə qarşı çıxanları tənqid ediblər. Aksiya zamanı Rusiyameyilli qruplar Avropa İttifaqının (Aİ) bayrağını yandırıblar.
Türkiyədə 14 mayda keçiriləcək seçkilərin təqvim üzrə qrafiki açıqlanıb. Bildirilib ki, 18 martdan başlayan seçki prosesində 19 martdan prezidentliyə namizədlərin qeydə alınması üçün müraciətlər mümkün olacaq. Siyasi partiyalar isə deputatlığa namizədlərinin proporsional siyahısını 9 aprelə qədər təqdim etməlidirlər.
ABŞ ordusu məlumat yayıb ki, dünən Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.
Ötən gün Ukraynanın Dontesk vilayətinin Kramatorsk şəhəri Rusiya qüvvələri tərəfindən raket zərbələrinə məruz qalıb. Raketlərdən biri yaşayış binasına düşüb. Bildirilib ki, nəticədə 3 nəfər həyatını itirib, daha 14 nəfər isə yaralanıb.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
Separatçılardan Bakının təklifinə qəbuledilməz CAVAB
Ermənilər mövqelərimizi yenidən ATƏŞƏ TUTDU
İran Azərbaycandan nə istəyir?
14 mart: Eynşteyn doğulur, Marks və Hokinq ölür...
Ermənilər eyni səhvləri təkrarlayır - ŞƏRH
Üçüncü tərəf bölgəyə sülh gətirə bilməz - ŞƏRH
Manaf Ağayev oğlundan DANIŞDI: Toydan çıxanda içkili olub
Kürdə son vəziyyət necədir? - AÇIQLAMA
Qlobal silah bazarı: ABŞ və Türkiyə yüksəlir, Rusiya zəifləyir
Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv edilir
Tələbə dekan müavini təyin olundu
“Şirməmməd Hüseynov mükafatı” səfirə təqdim olundu - FOTO
Təqaüd və yardımlar bayrama kimi ödəniləcək
Adil Qeybulla istefa verdi - Qubad İbadoğluna sərt ittihamlar
İlham Əliyev su problemindən DANIŞDI
Türkiyə seçkiləri: Türk dünyası onu DƏSTƏKLƏYİR
Türkiyənin ilk elektromobilinin qiyməti açıqlandı - YENİLƏNİB
Əfvlə bağlı 1200-dən çox müraciətə BAXILIB
Bakı görüşü ermənilər üçün SON ŞANSDIR
Feysbuk paylaşımına görə prorektora şiddətli töhmət verildi
Problemdən sui-istifadə edənlər var - Saatlının deputatı aksiyadan danışdı
Donbas məsələsində 8 il bizi aldadıblar - PUTİN
ABŞ Qara dəniz üzərində uçuşları dayandırır?