Modern.az

Samuxda prokurorluq əməkdaşlarının peşə bayramı qeyd edildi 

Samuxda prokurorluq əməkdaşlarının peşə bayramı qeyd edildi 

Aktual

Bu gün, 12:03

Samux rayonunda Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı qeyd edilib. 

Modern.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev,  RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucaldılmış heykəli önünə gül dəstələri qoyaraq ulu öndərə hörmət və ehtiramını bildiriblər.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Azərbaycan Respublikasının Baş Prokuroru, cənab Kamran Əliyev başda olmaqla bütün prokurorluq orqanları əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək, xoş arzularını çatdırıb.

Samux rayon Prokuroru Könül Ələsgərova isə çıxışında ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında ətraflı məlumat verib.

İcra Hakimiyyətinin başçısı tərəfindən rayonda öz işlərində fərqlənən rayon prokurorluğunun əməkdaşları Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılmışlar.

1552313155231515523161552314

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım