26 Noyabr 2020, 22:31 | Ana Səhifə - Yazılar - Bir daha Qazaxın işğalda olan 7 KƏNDİ HAQDA
Bir daha Qazaxın işğalda olan 7 KƏNDİ HAQDA

İbrahim Nəbioğlu

Bir neçə gün əvvəl sosial şəbəkə profilimdə Qazax rayonunun işğalda olan 7 kəndi haqda qısa bir post yazanda, onun geniş əks-səda doğuracağını təxmin etmişdim. Bu rezonansın səbəbi hər şeydən əvvəl tarixi ədalətin bərpası və dədə-baba torpaqlarımızın həqiqi sahiblərinə qaytarılması istəyidir.


Ancaq bu məsələyə münasibətin belə həssas olmasının başqa səbəbi də odur ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatın (ilkin variantında) 2-ci bəndində Qazaxın işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd olunmuşdu.


Xalq da ümidlə noyabr ayının 25-ni gözləyirdi. O ərəfədə Qazaxdakı qohumlar, sözlərinə və müşahidələrinə güvəndiyim dostlar işğal altındakı kəndlərdə müəyyən hərəkətliliyin başlaması haqda mənə xəbərlər yollayırdılar. Xəbərləri bir neçə dəfə dəqiqləşdirir və yoxlamağa çalışırdım. İşğaldan sonra o kəndlərə yerləşmiş ermənilərin canlarına necə vəlvələ düşəcəyini təxmin etmək çətin deyildi. Təxminlərim doğru çıxdı…


Maraqlı məqamlardan biri odur ki, Azərbaycana qaytarılacaq Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndlərindəki hərəkətlilik və gərginlik Qazax tərəfdən, yəni Azərbyacanda deyil, Ermənistan tərəfindən sezilir və müşahidə olunurdu. Biz ermənilərə torpaqları tərk edin deyə heç bir ultimatum verməmişdik. Lakin hardasa 4 gün əvvəl Ermənistanın rayon təmsilçiləri kəndlərə gələrək, buraları boşaltmaq üçün “iynə üstə oturan” əhaliyə 10 gün vaxt verildiyini söyləyiblər. Təbii olaraq bu tələb ermənilər tərəfindən hiddət və narazılıqla qəbul edilmiş, hətta nümayəndələrlə aralarında qarşıdurma da yaranmışdı (Bu qarşıdurmanın bu gün də davam etdiyi deyilir).


İlk yazdığım postda Qazax camaatını səbrli olmasını, indiki etapda əsas hədəfimizin Qarabağ olduğunu vurğulamış, buradakı vacib işləri yekunlaşdırdıqdan sonra növbənin nəinki Qazağın kəndlərinə, hətta Tovuz rayonunun işğal edilmiş kəndlərinə və Naxçıvanda Sədərəyin Kərki kəndinə çatacağını da qeyd etmişdim.


Sonrakı günlərdə Qazax tərəfdən guya bəzi sülhməramlı qüvvələrin az saylı hərbi texnikasının Aşağı Əskiparaya giriş yaptığını, ANAMA-nın isə minaları təmizləmə prosesinə start verdiyi haqda məlumatlar da dolaşmağa başladı. Təbii ki, bu məlumatlar mənim yaşadığım İstanbuldan əvvəl Qazaxa çatır, xalq arasında aparılan ənənəvi müzakirələr hadisəyə çeşidli rəng çalarları, qeyri-dəqiq faktlar və gözləntilər qatırdı. Mən də bir müddət gözləməyib, səbr etməyin ən doğru yol olacağını düşündüm və elə də yazdım.


Doğrusu, ümid edirdim ki, ya rəsmi bir məlumat, ya da hansısa bir açıqlama, yaxud bilgiləndirmə olacaq. Çünki Qazax camaatının nigarançılığına son qoymaq lazım idi. Hətta Bakıdan olmasa belə, rayon rəhbərliyinin məsələyə “yəqinlik hasil edəcəyinə” inanırdım. Ancaq belə bir rəsmi və yarı-rəsmi məlumat verilmədiyi üçün bu sətirləri yazmağa qərar verdim.


Qeyd etmək lazımdır ki, geri alınacaq kəndlərin 3-ü Azərbaycanın Ermənistandakı anklavıdır. Bu anklavlar Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Düşünürəm ki, iş bu kəndlərin boşaldılması ilə bitməyəcək. Çünki ehtimal ki, bəzi ərazi mübadiləsi və bunun üçün bəzi əlavə razılıq və anlaşmalar da hazırlanmalıdır.


Beləliklə, mövcud vəziyyətin xülasəsini çıxaraq:

 

  • 1. Qazaxın 7 kəndinin bir neçə gündür ki, boşaldıldığı haqda məlumatlar artmağa başlayıb və bu proses davam edir;

  • 2. Evlərə od vurlulduğu haqda bilgiyə sahib deyiləm (görən o tərəfdəki ermənilər də Qarabağ erməniləri qədər alçaq və qansızdırlar? Ancaq ilanın ağına lənət, qarasına da);

  • 3. Köçün hansı tarixdə yekunlaşacağı bəlli deyil, ancaq müəyyən məlumatlar var ki, onları burada yazmağı doğru bulmuram, rəsmi xəbərin veriləcəyini gözləyirəm.

 

Bu xülasəyə bir cümlə ilə yekun vurmaq istəyirəm:

Qazaxın 7 kəndi də qaytarılacaqdır, çünki qarşımızda məğlub bir ölkə, kapitulyasiyaya imza atmış bir xain qonşu var. İstəyimiz halal torpaqlarımızı mümkün qədər sürətlə geri almaqdır.

Torpaqlarımızın geri qayıdacağına nəinki inanıram, buna əminəm. Bu fikrimi hətta Türkiyənin  TV kanallarında da dilə gətirmiş, Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmışam.

Həm ata, həm də ana tərəfdən dədə-babalarım Qazax torpağında yatırlar. İncə Dərəsi – Aslanbəyli, Qaymaqlı, Kəmərli mənə nə qədər əzizdirsə, Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli də bir o qədər əziz və müqəddəsir…

Qarabağ Azərbaycandır, Qazax Azərbaycandır!

ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00 Bakıda gənc oğlanı maşın vurdu 27 Fevral 2021, 00:53 İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransının TAM MƏTNİ 27 Fevral 2021, 00:40 İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi 27 Fevral 2021, 00:32 İlham Əliyevdən “İsgəndər” AÇIQLAMASI 27 Fevral 2021, 00:23 “Deyirdim ki, sizin əl sıxdığınız insanlar məscidlərdə donuz saxlayanlardır” 27 Fevral 2021, 00:11 İmişlidə qadın üç övladı ilə çadırda yaşayır – VİDEO 26 Fevral 2021, 23:58 ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq - Ağ Evdən açıqlama 26 Fevral 2021, 23:45 ATƏT PA-da Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısı xatırlandı – VİDEO 26 Fevral 2021, 23:32 “Ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, ya da ki, məhkəməyə gedəcəklər” - Prezident 26 Fevral 2021, 23:18 Əfqanıstanda hərbi bazaya hücum oldu 26 Fevral 2021, 23:04 Zaqatalada piyadanı maşın vurdu 26 Fevral 2021, 22:53 Avropa xəbər agentlikləri postpandemiya dövründə fəaliyyəti müzakirə etdilər 26 Fevral 2021, 22:44 BMT Təhlükəsizlik Şurasından peyvəndlərlə bağlı vacib qərar 26 Fevral 2021, 22:33 Vyanada Xocalı soyqırımı qurbanları anıldı 26 Fevral 2021, 22:20 Almaniyada beş məscid bağlandı 26 Fevral 2021, 22:08 Dolların bahalaşması qızılı ucuzlaşdırdı 26 Fevral 2021, 21:54 Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı 26 Fevral 2021, 21:41 “Dünyada bir daha soyqırım olmaması üçün Xocalı caniləri cəzalandırılmalıdır” 26 Fevral 2021, 21:35 Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşdi 26 Fevral 2021, 21:28 “Sülhməramlıların nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıdacaqlar” - İlham Əliyev 26 Fevral 2021, 21:13 Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırılıb? - AÇIQLAMA 26 Fevral 2021, 21:01 “Rusiya və Azərbaycan dost ölkələrdir” - İlham Əliyev 26 Fevral 2021, 20:50 Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdü 26 Fevral 2021, 20:39 “Bu tragikomediyaya son qoyulmalıdır” 26 Fevral 2021, 20:27 "Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev 26 Fevral 2021, 20:18 Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR 26 Fevral 2021, 20:12 Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışdı 26 Fevral 2021, 20:07 İƏT-in Parlament İttifaqı Xocalı ilə bağlı bəyanat YAYDI 26 Fevral 2021, 20:00 Xocalı soyqırımı törədiləndə dünya susmuşdu - İlham Əliyev 26 Fevral 2021, 19:52 NATO-nun mənzil-qərargahında Xocalı qurbanları anılıb - FOTO 26 Fevral 2021, 19:45 Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTOLAR 26 Fevral 2021, 19:37 Bakıda prospektdəki qəza tıxac yaratdı 26 Fevral 2021, 19:30