Ermənistan Respublikasının baş prokuroru Anna Vardapetyan İran İslam Respublikasının ədliyyə nazirinin müavini Əsgər Cəlaliyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Nümayəndə heyəti Ermənistan-İran Hüquq Məsələləri Komitəsinin ilk iclasında iştirak etmək üçün Ermənistana gəlib. Görüşdə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani də iştirak edib.
Vardapetyan Ermənistan və İran arasında çoxəsrlik dostluğu vurğulayaraq, Ermənistan-İran əlaqələrinin regional təhlükəsizliyin təmin edilməsi kontekstində möhkəmləndiyini qeyd edib. İranın ədliyyə nazirinin müavini ölkəsinin səylərinin regionda sülhün təmini və möhkəmlənməsinə yönəldiyini vurğulayıb.
İclasda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub.