Modern.az

ABŞ səfirliyinə "Molotov" atıldı

ABŞ səfirliyinə

Dünya

25 Sentyabr 2023, 08:12

Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki “molotov kokteyl” atıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla “X” sosial hesabında yazıb.

 

“Kubanın ABŞ-dakı səfirliyi iki “molotov kokteyl”i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - deyə nazir bildirib.

 

Diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dakı diplomatik missiyasına ikinci hücumdur.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu