Yunanıstan ukraynalıların müvəqqəti müdafiəsi ilə bağlı qərarı uzadıb.
Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Ukraynalı qaçqınlar 2024-cü il martın 4-dək müvəqqəti yaşamaq icazəsi, həmçinin Sintiki qəbul məntəqəsində ictimai səhiyyə, təhsil və müvəqqəti yaşayış hüququ əldə edəcəklər.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.