Ermənistanın baş naziri oktyabrın 5-dən əvvəl vəzifəsindən istefa verməlidir.
Modern.az xəbər verir ki, bunu Ermənistan müxalidətinin liderlərindən biri Andranik Tevanyan bildirib.
O qeyd edib ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə qədər istefa verməlidir.
"Biz bütün qüvvələrimizi elə birləşdirməliyik ki, oktyabrın 5-nə qədər, Paşinyanın Əliyevlə görüşünə qədər Nikol istefaya göndərilsin. Heç kim bilmir ki, o, Ermənistan üçün hansı sənədləri yenidən imzalamağa hazırdır. Biz buna imkan verməməliyik", - Tevanyan qeyd edib.
Xatırladaq ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan və Ermənistan liderlərinin görüşü nəzərdə tutulur.