Modern.az

İranın XİN rəhbəri Vaşinqtona buraxılmadı

İranın XİN rəhbəri Vaşinqtona buraxılmadı

Dünya

26 Sentyabr 2023, 07:54

ABŞ Dövlət Departamenti sentyabrın 25-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Vaşinqtona səfər tələbinin rədd edildiyini təsdiqləyib.

 

Modern.az-ın məlumatına görə, İranın xarici işlər naziri ötən həftə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda olub. İran mətbuatının yazdığına görə, o, ABŞ rəsmilıərindən Vaşinqtona getmək üçün icazə istəsə də, müsbət cavab almayıb. Bildirilib ki, 1979-cu il İran inqilabından sonra İranın Vaşinqtonda səfirliyi yoxdur.

 

Xatırladaq Tramp administrasiyası dövründə qəbul edilmiş qaydalara əsasən, İran rəsmilərinin ABŞ-a səfərləri zamanı müəyyən bölgələrə səfərləri qadağan edilib.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu