İrəvan şəhərinin müxtəlif bölgələrində səhər tezdən itaətsizlik aksiyaları başlayıb.
Modern.az xəbər verir ki, etirazçılar bir sıra küçələri bağlayıb, bəzi ərazilərdə nəqliyyatın hərəkəti iflic olub.
Məlumata görə, xüsusi təyinatlı polis qüvvələri etirazçıları həbs etməyə başlayıb. Polis etirazçıların hərəkətlərinin qanunsuz olduğunu bəyan edib və başqalarının sərbəst hərəkət hüququnu pozduğu üçün onları küçələri boşaltmağa çağırıb.
Qeyd edək ki, aksiyalar Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra başlayıb.