Modern.az

Paşinyana sui-qəsd etmək istəyən şəxs TUTULDU

Paşinyana sui-qəsd etmək istəyən şəxs TUTULDU

Dünya

26 Sentyabr 2023, 08:42

Ermənistanın "Yerkrapah" hərbi təşkilatının keçmiş sədr müavini Albert Bazeyan bir neçə gün öncə saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Georgi Melikyan məlumat yayıb.

 

Öz yaşadığı mənzildə saxlanılan Bazeyana qarşı ittiham məlum olub.

 

Vəkili deyib ki, Bazeyan Ermənistan baş naziri Nikol Paşinyana sui-qəsdə hazırlaşdığına görə həbs edilib. İstintaqın vəsatəti tam təmin edilib.

 

Bundan əvvəl yerli mətbuatda Bazeyanın Nikol Paşinyana qarşı sui-qəsd və ölkədə zorakılıqla hakimiyyət dəyişikliyinə hazırlaşdığı üçün bir polisə aparıldığı barədə məlumatlar yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu