Modern.az

Rusiya və ABŞ Ermənistana görə bir-birini günahlandırır...

Rusiya və ABŞ Ermənistana görə bir-birini günahlandırır...

Dünya

26 Sentyabr 2023, 08:54

ABŞ və Rusiya Ermənistanda sabitliyin pozulmasından bir-birini günahlandırıb.

 

Modern.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ermənistanla bağlı suala cavabında Rusiyaya etibar etməmək lazım olduğunu bildirib.

 

"Rusiyaya beynəlxalq tərəfdaş kimi etibar etmək olmaz. Rusiyanın digər ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətinə gəlincə, biz onun hərəkətlərindən gördük ki, bu, onun riayət etdiyi prinsip deyil”, - Metyu Miller Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı tənqidi fikirləri şərh edərkən deyib.

 

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov isə "Telegram" ABŞ-a Ermənistanla bağlı çağırış edib. "Biz Vaşinqtonu Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin süni şəkildə artmasına səbəb olan son dərəcə təhlükəli söz və hərəkətlərdən çəkinməyə çağırırıq", - o bildirib.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Paşinyana qarşı sərt ittihamlar səsləndirib. "ABŞ səfiri Ermənistan hökumətilə sıx əlaqə saxlayır. Bütün bunların fonunda, açıq-aşkar hakimiyyətin təhriki ilə erməni mətbuatında əsl anti-Rusiya vakxanaliyası üzə çıxıb. Əminik ki, İrəvan rəhbərliyi qəsdən Ermənistanla Rusiya arasında çoxşaxəli və çoxəsrlik əlaqələri pozmağa və ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə cəhd edərək çox böyük səhvə yol verir. Əminik ki, Ermənistan əhalisinin böyük əksəriyyəti bundan xəbərdardır", - bəyanatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu