Modern.az

Rusiya Krivoy Roq və Odessaya zərbələr endirdi

Rusiya Krivoy Roq və Odessaya zərbələr endirdi

Dünya

26 Sentyabr 2023, 09:56

Rusiya Federasiyası Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, həmçinin Odessa vilayətinə hava hücumu edilib.

 

Krivoy Roqda müəssisələrə ziyan dəyib, itkilər barədə məlumat yoxdur. Şəhərin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkulun sözlərinə görə, söhbət ballistik raketlərlə hücumdan gedir.

 

Odessanın İzmail bölgəsində - Rumıniya ilə sərhəddə liman infrastrukturu vurulub. Sərhəd keçid məntəqəsinin binasına, anbarlara və 30 yük maşınına ziyan dəyib, 2 sürücü yaralanıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu