Modern.az

Fiziki şəxslərə dronlardan istifadə YASAQLANDI

Fiziki şəxslərə dronlardan istifadə YASAQLANDI

Dünya

26 Sentyabr 2023, 10:24

Belarusda fiziki şəxslər üçün pilotsuz uçan aparatların istifadəsi qadağan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

 

Bundan sonra yalnız təşkilatlar və fərdi sahibkarlar PUA-ları idxal edib istifadə edə biləcək. Bunun üçün icazə və qeydiyyata salmaq vacibdir.

 

Dronları olan hər kəsə onlardan "xilas olmaq" üçün 6 ay vaxt verilib. Onlar bir müəssisəyə satıla və ya saxlanmaq üçün dövlət tərəfindən icazə verilən bir təşkilata verilə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində