Modern.az

Fransa kəşfiyyatına qarşı əməliyyat - 3 nəfər TUTULDU

Fransa kəşfiyyatına qarşı əməliyyat - 3 nəfər TUTULDU

Dünya

20 Fevral 2024, 14:40

Türkiyədə Fransa kəşfiyyatına qarşı əməliyyat keçirilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Sabah" qəzeti yazıb.

 

Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casuslarına qarşı keçirilən əməliyyat zamanı 3 nəfər tutulub.

 

Qəzetin yazdığına görə, Suriya əsilli Ahmet Katienin rəhbərlik etdiyi 3 nəfərlik casus şəbəkəsi Türkiyə ilə bağlı saxta məlumat və sənədləri Fransa kəşfiyyatına ötürüb.

 

Əməliyyatın Türkiyə Milli Kəşfiyyat Təşkilatı tərəfindən həyata keçirildiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...