ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın dəniz blokadası nüvə sazişi bağlanana qədər qüvvədə qalacaq.
Modern.az xəbər verir ki, prezident bu barədə "Axios"a müsahibəsində deyib.
“Blokada müəyyən mənada bombardmandan daha effektivdir... Onlar boğulurlar. Onlar nüvə silahına malik ola bilməzlər. Onlar üçün vəziyyət yalnız daha da pisləşəcək.
Onlar istəmirlər ki, mən blokadanı qüvvədə saxlayım. Mən isə onu ləğv etmək istəmirəm, çünki onları nüvə silahına sahib olmamalıdırlar!”, – deyə Tramp vurğulayıb.
Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) danışıqlardakı dalandan çıxmaq üçün İrana qarşı “qısa və güclü” zərbələr dalğası planı hazırlayıb, - deyə "Axios" xəbər verib.
“Nəticədə, ehtimal ki, infrastruktur obyektlərinə təsir edəcək zərbələrdən sonra ABŞ İran rejiminə danışıqlar masasına qayıtmaq və daha böyük çeviklik göstərmək üçün təzyiq göstərəcək”, – nəşr üç məlumatlı mənbəyə istinadən yazır.