Modern.az

Hantavirus yayılan gəmidəki sərnişinlər təxliyə edildi

Hantavirus yayılan gəmidəki sərnişinlər təxliyə edildi

Dünya

Bu gün, 05:38

İspaniyanın Kanar adalarına çatan “MV Hondius” kruiz gəmisindən hantavirus yayılması səbəbindən 100-ə yaxın sərnişin təxliyə olunub.

Modern.az xəbər verir ki, bu barədə İspaniyanın səhiyyə naziri Monika Qarsiya mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, gəmidən 19 müxtəlif ölkəni təmsil edən 94 nəfər düşürülüb.

Bundan əvvəl gəmi Kanar adalarının Tenerife limanında lövbər salıb. İspaniya hakimiyyəti sərnişinlərin təxliyəsi üçün xüsusi protokol hazırlayıb.

Məlumata görə, son repatriasiya reysinin mayın 11-də həyata keçirilməsi planlaşdırılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV