Modern.az

Kadırov oğlunun energetik içkisini reklam etdi - VİDEO

Kadırov oğlunun energetik içkisini reklam etdi - VİDEO

Dünya

Bu gün, 14:59

Çeçenistan rəhbəri Ramzan Kadırov oğlunun loqosu olan energetik içkini reklam edib.

Modern.az xəbər verir ki, bu barədə görüntülər Kadırovun “Telegram” kanalında paylaşılıb.

Kadrlarda Kadırovun oğlu Adam Kadırov tərəfindən təşkil edilən motosport yarışlarına qatıldığı əks olunub. Videoda əvvəlcə yarış iştirakçıları göstərilib, daha sonra isə Kadırov əlində üzərində “K13” simvolları olan energetik içki ilə görüntülənib.

“Ən yaxşısıdır, don, orqanizm üçün zərərsizdir, don”, – deyə Kadırov içkini təqdim edib.

Qeyd edək ki, Çeçenistanda energetik içkilərin pərakəndə satışı 2013-cü ildə tamamilə qadağan edilmişdi. Ramzan Kadırov həmin vaxt bu içkilərin təhlükəsiz olması ilə bağlı fikirlərin yanlış olduğunu bildirərək, onların nəzarətsiz aqressiya və depressiyaya səbəb olduğunu iddia etmişdi. O, energetikləri zəhərli maddələrlə müqayisə etmiş və onların bütün Rusiyada qadağan olunmasına çalışacağını söyləmişdi. Daha sonra isə qadağa yumşaldılıb.

“K13” simvolundan Adam Kadırov tez-tez istifadə edir. Bu işarəyə onun geyimlərində, xüsusi əməliyyat iştirakçılarına göndərdiyi texnikalarda və şevronlarında rast gəlinir. Hətta bir müddət əvvəl Adam Kadırovun pulemyotdan atılan traslaşdırıcı güllələrlə səmada “13” rəqəmini yaratdığı görüntülər də yayılmışdı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı