ABŞ Prezidenti Donald Trump iyulun 8-də Volodimir Zelenski ilə NATO sammiti çərçivəsində görüşməyi planlaşdırır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Donald Trump iyulun 7-də Ankaraya səfər edəcək və Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.
İyulun 8-də isə NATO sammiti çərçivəsində Tramp əvvəlcə Zelenski, daha sonra isə Əhmed əl-Şaraa ilə jurnalistlər üçün qapalı formatda ikitərəfli danışıqlar aparacaq. Bundan sonra ABŞ liderinin mətbuat konfransı keçirəcəyi və ölkəsinə qayıdacağı bildirilir.
Məlumata görə, Trampın Zelenski ilə görüşündə Ukraynadakı münaqişənin nizamlanması məsələsi müzakirə olunacaq. Daha sonra isə onun Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparacağı ehtimal edilir.