Gürcüstandan 102 əcnəbi vətəndaş deportasiya olunub.
Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Pakistan, Türkmənistan, Özbəkistan, Hindistan, Türkiyə, Rusiya, Tailand, Filippin, Əlcəzair, Misir, İordaniya, Sudan, Livan, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələrin vətəndaşları var.
Deportasiya olunan şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Bununla yanaşı, Gürcüstan Milli Turizm Administrasiyasının 2026-cı ilin yanvar–iyun aylarına dair turizm statistikası da açıqlanıb. Bildirilib ki, bu dövrdə ölkəyə 2,7 milyon səfər qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azdır.
Ölkəyə ən çox səfər edənlər Rusiya vətəndaşları olub – 610,8 min. Sonrakı yerlərdə Türkiyə (525,4 min) və Ermənistan (360 min) qərarlaşıb. Azərbaycanlı turistlər 5-ci yerdədirlər.
