Modern.az

İstefa verməyəcəm, ancaq qovsalar gedəcəm - De Byazi 

İstefa verməyəcəm, ancaq qovsalar gedəcəm - De Byazi 

İdman

17 İyun 2023, 23:13

“Özüm istefa verməyəcəyəm, buradayam, işimi davam etdirirəm. Məni ancaq qovsalar gedəcəyəm”.

 

Modern.az xəbər verir ki, bu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Estoniya ilə keçirilən oyundan sonra deyib.

 

O, komandasında güclü futbolçular olmadığını qeyd edib: “Buradakı futbol cəmiyyətində nələrin baş verdiyini məndən yaxşı bilirsiniz. Qısa müddətdə belə az oyunçu ilə uğur qazanmaq asan deyil. Açığı, daha güclü millidən təklifim var idi. Sadəcə, bura ilə müqaviləm davam etdiyi üçün atıb getmək istəmədim".

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır