Modern.az

Onlar qovulmayacaqlar - UEFA qərar verdi

Onlar qovulmayacaqlar - UEFA qərar verdi

İdman

3 İyul 2026, 00:06

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) mübahisə zamanı ağzını bağladığına görə oyunçunun meydandan qovulmasına icazə verən qayda tətbiq etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə "The Athletic" saytı məlumat yayıb.

Dünya Kubokundan əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) bir neçə qayda dəyişikliyi edib. İndi ağzını əli, çiyni və ya köynəyi ilə örtən istənilən oyunçu birbaşa qırmızı vərəqə ala bilər. Bu cür hərəkətlər söhbətin məzmununu televiziya kameralarından gizlətmək cəhdi hesab olunur.

Dünya çempionatında Paraqvay millisinin oyunçusu Migel Almiro mübahisə zamanı ağzını bağladığına görə meydandan qovulan ilk futbolçu olub. O, Dünya Kubokunun qrup mərhələsinin ikinci turunda Türkiyəyə qarşı (1-0) oyunda bu hərəkətinə görə qırmızı vərəqə alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama