Modern.az

Dünya çempionatı: İspaniya 1/8 finala yüksəldi

Dünya çempionatı: İspaniya 1/8 finala yüksəldi

İdman

Bu gün, 01:06

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, mundialın əsas favoritlərindən hesab olunan İspaniya millisi Avstriya yığması ilə qarşılaşıb. ABŞ-nin Los-Anceles şəhərindəki “Sou-Fay” stadionunda oynanılan görüş ispanların qələbəsi ilə başa çatıb – 3:0. Matçda ilk qolu 36-cı dəqiqədə Mikel Oyarsabal vurub. 66-cı dəqiqədə Pedro Porro hesab arasında fərqi 2 topa çatdırıb. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Oyarsabal qoyub.

Bu qələbə ilə adını 1/8 finala yazdıran İspaniya millisinin növbəti rəqibi Portuqaliya – Xorvatiya cütünün qalibi olacaq. Həmin oyun bu gecə saat 03:00-da başlayacaq. Saat 07:00-da isə İsveçrə millisi Əlcəzairi sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala vəsiqə qazanıb.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada