Modern.az

Amerika öz müttəfiqini BOMBALADI

Amerika öz müttəfiqini BOMBALADI

11 İyun 2016, 09:48

May ayının sonlarında ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyada İŞİD əvəzinə səhvən müxalifətin mövqelərini bombalayıb.

 

Modern.az saytının “The Wall Street Journal ” nəşrinə istinadən verdiyi məlumata görə, bombardman nəticəsində bir neçə müxalif döyüşçü ölüb.

 

Hücumdan sonra Pentaqon bəyan etmişdi ki, İŞİD-in iki mühüm obyekti məhv edilib. “The Wall Street Journal” isə iddia edir ki, əslində “Mütasim briqadaları” adlı Suriya hökumətinə müxalif dəstə zərbəyə tuş gəlib.

 

Onlara İŞİD-ə qarşı mübarizə aparmaq üçün Amerika hərbçiləri tərəfindən təlimlər keçirildiyi bildirilir.

 

Silahlı dəstənin adı açıqlanmayan nümayəndəsi bildirib ki, səhv nəticəsində onların 10-dan çox döyüşçüsü həlak olub.

 

Aqşin KƏRİMOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir