Modern.az

"“Orucu fiqura üçün tuturlar” deyən ateistlərin hamısının..."

"“Orucu fiqura üçün tuturlar” deyən ateistlərin hamısının..."

Aktual

11 İyun 2016, 14:47

Rafiq Əliyev: "Azərbaycanda oruc tutanların çoxu qadınlardır"

 

Müqəddəs Ramazan ayının başlaması ilə hər zamankı  kimi dini müzakirələr aparılmaqda və genişlənməkdə davam edir.

Xüsusilə dinlə alay edən ateist kəsimin fikirləri inanclı insanlarda qıcıq yaradır.

 

Məsələ burasındadır ki, “ateistəm” deyərək cəmiyyətdə daha üstün mövqedə olduğunu düşünən şəxslər Ramazan ayı başlar-başlamaz müxtəlif sosial şəbəkələrdə gündəlik ən azı 2-3 paylaşımını orucluğa həsr edir. Bir çoxları oruc tutanların azaldığını, bəzilərinin orucu göstəriş, hətta arıqlamaq üçün tutduqlarını iddia edir.

 

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev Modern.az saytına deyib ki, Azərbaycanda keçən il və bu il oruc tutanların sayı artıb.

 

Onun sözlərinə görə oruc tutanların çoxu qadınlardır:

 

“Mən səbəblərini də araşdırmışam. Əksəriyyəti işləməyən, istirahət etməyə vaxtı olan xanımlardır. Çünki, işləyən şəxslərə 16-17 saat ac qalmaq xeyli çətindir. Bəzən işləyən insanlardan oruc tutub sonradan onu batil edənlər də olur.

Mən tanıdığım adamlardan bilirəm ki, əvvəlki illərdə oruc tutmayıb, amma bu il oruc tutanlar çoxdur. Bu nöqteyi-nəzərdən oruc tutanların sayı həmişə artan xətlə gedir.

 

Bəzi özünü ateist adlandıranlardan “oruc tutanlar azalıb”, “orucu fiqura üçün tuturlar” deyənlər var. Amma mən də nəzərinizə çatdırım ki, “ateistəm” deyənlərin heç biri ateist, allahsız deyil. Hamısının imanı var və ömürlərinin sonlarında imana gəlirlər”.

O ki, qaldı oruc tutub arıqlamağa, alim qətiyyən bu fikirlə razılaşmır:

“Çünki, oruc tutan adam arıqlamır, əksinə kökəlir. Ramazan aylarının birində mən Əlcəzairdə idim.

 

Həmin vaxt digərlərinə nisbətən 32 min qoyun daha çox yeyilmişdi. Çünki, adamların hamısı axşamdan kalorili yeyib yatırlar və bu da piyə çevrilir. Orucluqda insanların ac qalmasının, yeməyin az yeyilməsinin arıqlamağa heç bir təsiri yoxdur.

Amma bir məsələ var ki, oruc tutan şəxs iftar edən zaman nisbətən az qidalanmalıdır.

 

Çünki, mədəni 17 saat aclıqdan sonra gündəlik istifadə etdiyimiz yağlı, duzlu təamlarla yükləmək orqanı sıradan çıxarar. Yaxşı olar ki, az qida ilə oruc açılsın, təxminən 1 saat sonra yeməyə davam edilsin”.

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır