Arxiv
11 İyun 2016, 20:23 | AKTUAL
Dabaq xəstəliyinin ölkəmizə keçməməsi üçün tədbirlər görülür

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) iyun ayının əvvəlindən ölkə üzrə iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlayıb. Dövlət Xidmətindən Modern.az saytına verilən məlumata görə, heyvanlar arasında peyvəndləmə tədbirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) tövsiyələrinə və ölkəmizin epizootik tədbirlər planına uyğun olaraq aparılır.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənmiş epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı həm xırdabuynuzlu (dabağın A,O tipinə), həm də iribuynuzlu (dabağın A-Nepal84,A,O,Asiya-1 tipinə) heyvanlar arasında peyvəndləmə tədbirlərini aparır və ölkənin epizootik sabitliyini təmin edir.

 

Dövlət Xidməti bu günlərdə iribuynuzlu heyvanlar arasında start verilmiş dabaq xəstəliyinə qarşı aparılan tədbirin mütəşəkkil səviyyədə həyata keçirilməsi üçün əməkdaşlarını bölgələrə ezam edib. Xidmətin əməkdaşları yerlərdə vaksinlərin heyvanlara vurulması üçün baytarlıq mütəxəssislərinə lazımi tövsiyələr veriblər. Rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri dabaq xəstəliyinin A-Nepal84,A,O,Asiya-1 tiplərinə qarşı istifadə edilən vaksinlər, biotəhlükəsizlik vasitələri və dezinfeksiya maddələri ilə təmin olunub.

 

Ölkəmizin sərhəd zonalarından infeksiyanın respublikanın ərazisinə keçməməsi üçün müvafiq tədbirlər yerinə yetirilir, sistematik peyvəndləmələr, dezinfeksiyalar aparılmaqla, həmsərhəd ölkələrlə immun zona yaradılır və bir sıra başqa tədbirlər həyata keçirilir.

 

Son zamanlar dünyanın bir sıra ölkələrində, o cümlədən ölkəmizlə həmsərhəd olan dövlətlərdə dabaq virusunun yeni A (Genotype VII) serotipi yayılıb. Qonşu ölkələrdə (Ermənistan, İran və s.) bu xəstəliyin alovlanmasının mövcudluğu infeksiyanın Azərbaycana keçməsinə təhlükə yaradır. Dabaq xəstəliyinin yeni tipinin ölkəmizə keçməməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin ŞAP İnstitutu tərəfindən istehsal edilən yeni vaksinin alınması üçün Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi bu müraciəti dəyərləndirərək ölkəmizə qardaşlıq yardımı olaraq 500000 ( beş yüz min) doza miqdarında dördvalentli dabaq vaksini vermişdir. Yardım kimi gətirilmiş vaksinlər ilkin olaraq İran, Ermənistan, Gürcüstan dövlətləri ilə həmsərhəd olan rayonların sərhəd yaşayış məntəqələrində saxlanılan heyvanlara tətbiq olunur və tam nəzarət həyata keçirilir.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda dabaq xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir. Bu sabitliyin qorunması və davamlı olması məqsədi ilə Dövlət Xidməti tövsiyə edir ki, sahibkarlar iribuynuzlu heyvanlar arasında dabağın baş verməməsi üçün təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına riayət etsinlər, peyvəndləmənin vaxtında aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün iribuynuzlu heyvanlarını peyvəndləməyə cəlb etsinlər.

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İslahatlara kimlər mane olmağa çalışır: Prosesdə özlərini görə bilməyənlər, düşmənlə həmrəy olanlar... 17 Fevral 2020, 10:02 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 17 Fevral 2020, 09:56 Cəbhədə pulemyotlar susmur 17 Fevral 2020, 09:48 “Əynimdəki formaya Qarabağ yazılırsa, deməli, mən Qara deyiləm” - Qara Qarayevlə “QARABAĞ SÖHBƏTİ” 17 Fevral 2020, 09:45 Paytaxt polisi 28 cinayətin üstünü açdı 17 Fevral 2020, 09:44 Messi La Liqada yenə liderdir - qol və asist sayı 17 Fevral 2020, 09:34 Çindən təxliyə edilən tələbələr Kliniki Tibbi Mərkəzə yerləşdirildi 17 Fevral 2020, 09:15 Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır - Siyavuş Novruzov 17 Fevral 2020, 09:08 Bakıda çarpayıdan yıxılan vətəndaşla bağlı ƏMƏLİYYAT 17 Fevral 2020, 09:06 Çində koronavirusdan ölənlərin sayı artır 17 Fevral 2020, 09:01 Türkiyə yenidən silkələndi 17 Fevral 2020, 00:56 Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi 17 Fevral 2020, 00:37 Erməniyə qalib gələn Azərbaycan güləşçisi medal qazandı 17 Fevral 2020, 00:17 "Ermənilər dünyanın gözü qarşısında özlərini biabır etdilər" - Mübariz  Mənsimov 16 Fevral 2020, 23:53 Gənclər təlimlərə cəlb edildi 16 Fevral 2020, 23:36 Rusiyanın Türkiyədəki səfiri yenə ölümlə HƏDƏLƏNDİ 16 Fevral 2020, 23:18 Şəmkirdə ağır qəzada 3 nəfər öldü 16 Fevral 2020, 23:09 Turist təyyarəsi qəzaya uğradı 16 Fevral 2020, 22:51 AMEA zəlzələ barədə: "Təşviş yaratmağa ehtiyac yoxdur" 16 Fevral 2020, 22:34 Günəşlidə 32 yaşlı qadın bıçaqlandı 16 Fevral 2020, 22:14 Azərbaycanda yenə zəlzələ oldu 16 Fevral 2020, 22:00 “Ekologiya postu” sökülür - VİDEO 16 Fevral 2020, 21:48 Heydər Əliyev prospektində qəza: tıxac yaranıb 16 Fevral 2020, 21:33 "Neftçi" paytaxt derbisində "Keşlə"yə qalib gəldi 16 Fevral 2020, 21:19 Moldovada yaşayan gənc azərbaycanlıların I Forumu keçirilib - FOTO 16 Fevral 2020, 20:57 Rafael Ağayev növbəti qızıl medalını qazandı 16 Fevral 2020, 20:39 Elmar Məmmədyarov Belçikaya getdi 16 Fevral 2020, 20:18 Mətbuat Şurası icazəsiz aksiyada monitorinq aparıb 16 Fevral 2020, 20:04 Şamaxıda zəlzələ oldu 16 Fevral 2020, 17:54 Səbaildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı 16 Fevral 2020, 17:51 İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb 16 Fevral 2020, 17:45 Dövlət başçılarının MÜNHEN DEBATI: Erməni mətbuatı Paşinyanı göyərçinə bənzətdi 16 Fevral 2020, 17:38 Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb 16 Fevral 2020, 17:37 Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib 16 Fevral 2020, 17:30 Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib 16 Fevral 2020, 17:26