Arxiv
21 Sentyabr 2016, 09:58 | AKTUAL
Dəfn xərcləri "dəfn pulu"ndan artıq olmayacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə təqdim etdiyi “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfn xərclərinin dəfn üçün müavinətin məbləğindən artıq olmamasını təklif edib.

 

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

 

Onun sözlərinə görə, "dəfn işi" dedikdə yas mərasimi nəzərdə tutulmur.

 

G.İsmayılov qeyd edib ki, "dəfn işi" məzar üçün torpağın ayrılması, qəbrin qazılması, dəfn olunma və abidənin qoyulmasından ibarətdir: “Əgər vəfat etmiş şəxsin iş yeri varsa, “dəfn pulu” dediyimiz vəsait onun iş yerindən verilir.

 

Əgər ölən təqaüdçüdürsə, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Biz “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfnin məhz bu vəsait hesabına aparılmasını nəzərdə tutmuşuq. Təklifimizin mahiyyəti bundan ibarətdir ki, dəfn üçün xərclər bu vəsaitdən artıq olmasın. Biz nəzərdə tuturuq ki, torpaq pulsuz olacaq. İkincisi, qəbiristanlıqların saxlanılması, abadlaşdırılması vətəndaşların deyil, bələdiyyələrin hesabına olacaq. Təklifimizdə də məqsəd odur ki, torpaq pullu olmasın, ikincisi, qəbirüstü abidələr təmtəraqlı olmasın, üçüncüsü isə qəbiristanlıqlar normal bir şəkildə fəaliyyət göstərsin”.

 

G.İsmayılov əlavə edib ki, layihədə bir nəfərin bir neçə qəbir yeri götürməsinə icazə verilmir: “Yəni heç kim 4-5 qəbir yeri götürə bilməz. İkinci yer o şərtlə verilə bilər ki, həmin yeri vəfat etmiş şəxsin həyat yoldaşı götürsün. Eyni vaxtda iki nəfərdən artıq insan üçün məzar yeri verilə bilməz”.

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədən qayıda bilməyən 10 min soydaşımıza YARDIM EDİLƏCƏK 7 Aprel 2020, 14:48 Azərbaycan TV-lərinə ETİRAZ: İnsanları qorxuya salırlar 7 Aprel 2020, 14:42 Çin Azərbaycana tibbi humanitar yardım GÖNDƏRİB 7 Aprel 2020, 14:36 İşsizlərin qeydiyyatı yalnız ONLAYN aparılır   7 Aprel 2020, 14:30 Bu il Pasxa bayramı nə vaxt çıxacaq? 7 Aprel 2020, 14:17 Baş infeksionist xüsusi karantin rejiminin nə vaxt başa çatacağından DANIŞDI 7 Aprel 2020, 14:04 “Milli Məclis” jurnalınında da dəyişiklik olacaq 7 Aprel 2020, 13:58 Əfv sərəncamının icrası başa çatıb 7 Aprel 2020, 13:52 TƏBİB-dən sağlam insanlara ÇAĞIRIŞ 7 Aprel 2020, 13:46 Azərbaycanda tibbi maska istehsalına başlandı - VİDEO 7 Aprel 2020, 13:40 “ASAN Məktub” vasitəsilə 210 nəfərin ehtiyacı təmin edilib 7 Aprel 2020, 13:34 Ermənistanda koronavirusun real miqyası GİZLƏDİLİR 7 Aprel 2020, 13:27 Hökumət deputatlara verilən hesabatda yenilik etdi 7 Aprel 2020, 13:23 Lerikdə meşədə ağac kəsən şəxslər cəzalandı 7 Aprel 2020, 13:16 Parlamentin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək 7 Aprel 2020, 13:10 Əfv sərəncamının verilməsi humanizmin təntənəsidir 7 Aprel 2020, 13:04 Sabaha olan teledərslərin cədvəli açıqlandı 7 Aprel 2020, 12:58 Regionlara qar yağır: “Meyvə ağaclarına ciddi ziyan dəyəcək” 7 Aprel 2020, 12:52 Yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 7 Aprel 2020, 12:46 İcra başçısı polis rəisi ilə birlikdə postları yoxladı - FOTO 7 Aprel 2020, 12:40 Əfv olunan MTN generalları karantinə götürüldü 7 Aprel 2020, 12:35 Biz birlikdə güclüyük  7 Aprel 2020, 12:29 Kimlər işsiz sayılmır? - RƏSMİ CAVAB 7 Aprel 2020, 12:18 Genefondumuz üçün vacib addımlar atılır - Partiya sədri 7 Aprel 2020, 12:12 QHT Şurası Real TV ilə yeni kampaniyaya başlayır 7 Aprel 2020, 12:06 Sarkisyan Aprel döyüşləri ilə bağlı dindiriləcək 7 Aprel 2020, 12:00 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video 7 Aprel 2020, 11:54 Rusiyada koronaviruslu xəstələrin sayı 7500-ə çatdı 7 Aprel 2020, 11:50 Hacı Əbdüllə bağlı xatirələrim var... 7 Aprel 2020, 11:46 Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək 7 Aprel 2020, 11:40 Ermənistanda COVİD-19-a yoluxanların sayı 853-ə çatdı 7 Aprel 2020, 11:36 “Görülən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır” - Deputat 7 Aprel 2020, 11:35 Karantin qaydalarını pozan 6945 nəfər cəzalandı 7 Aprel 2020, 11:31 Azərbaycan hərçiləri Cənubi Sudanda 7 Aprel 2020, 11:25 Bakıda kirayəhaqqını ödəməkdə çətinlik çəkənlər... 7 Aprel 2020, 11:23