Modern.az

Hafiz Hacıyev: “Donald Tramp başdanxarabdır”

Hafiz Hacıyev: “Donald Tramp başdanxarabdır”

Aktual

17 Oktyabr 2016, 12:19

Noyabrın 8-də Amerikada prezident seçkiləri keçiriləcək. Respublikaçılar Partiyasından olan Donald Trampla Demokratlar Partiyasından olan Hillari Klinton arasında gərgin mübarizə gedir.

 

Tramp yoxsa, Klinton?!

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a açıqlamasında Trampın prezident seçilməsini dünya üçün faciə hesab etdiyini deyib.

 

“Tramp dünya üçün faciədir. Qaranlıq keçmişə malik bir adamdır. Amerika xalqı heç vaxt ona səs verməz. Çünki amerikalılar demokratik insanlardır. Suveren dövlətdə demokratik ənənələrə, qanunun aliliyinə böyük hörmət var. Belə düşünürəm ki, artıq Hillari Klinton prezident seçilib. Burada şübhəli bir məsələ yoxdur. O dünyada gedən siyasəti çox gözəl bilir. İstədiyi dövlətlə çox gözəl ünsiyyət qura bilir”.

Hafiz Hacıyevin sözlərinə görə, Tramp qaranlıq keçmişə malik biridir.

 

“Onun açıqlamaları, müsəlman dünyası haqqında fikirləri, terrorçularla gizli əlaqələrinin olması şübhəli məqamlardan xəbər verir.  Tramp təlxəyin biridir. Onun prezident seçilməsi, Amerika dövlətinə və dünyaya bəla ola bilər. Amerika xalqı ağıllı xalqdır. Tramp kimi ağılsız bir insanı özünə rəhbər seçə bilməz. Ümumiyyətlə, Tramp kimi başdanxarab heç vaxt rəhbər  ola bilməz”.

 

Hafiz Hacıyev, Trampın bizneslə məşğul olmasını məqbul hesab edir.

 

“O, çox böyük biznes imperiyası qurub. Gedib biznesi ilə məşğul olsun. Siyasətdə bişməmiş adamdır. Onun siyasi ağlı yoxdur. Bunları qarışdırmaq olmaz. Adam var,doğulandan günəbaxan tumu satıb. Sonradan gəlib böyük biznes qurub. Tramp da belələrindəndir. Gedib öz işi ilə məşğul olsun”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır