Modern.az

Almaniyadan HDP-yə DƏSTƏK: nazir türk diplomatı sorğu-sual etdi

Almaniyadan HDP-yə DƏSTƏK: nazir türk diplomatı sorğu-sual etdi

4 Noyabr 2016, 16:08

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) millət vəkillərinin həbsindən sonra Almaniya diplomatik addımlar atmağa başlayıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Türkiyənin Berlindəki səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.

 

Məlumata görə, Ştaynmayer Türkiyədəki həbslərlə bağlı bilgi alıb.

 

Ştaynmayer deyib ki, terror və ya dövlət çevrilişinə cəhd müxalifətçiləri həbsə atmaq üçün bəhanə kimi istifadə edilə bilməz.

 

“Türkiyədə kürd siyasətçi və millət vəkillərinin həbs olunması vəziyyəti daha da kəskinləşdirib. Bununla belə, istər terrorla mübarizə, istərsə də dövlət çevrilişi cəhdindən sonra lazımi addımlar atılması Türkiyənin ən təbii haqqıdır. Amma bunlar müxalifətin səsini tamamilə kəsmək və onları dəmir barmaqlıqlar arxasına salmaq üçün bəhanə ola bilməz”.

 

Qeyd edək ki, HDP-nin həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksekdağ saxlanılıblar. Bundan başqa 10-dan çox HDP-çi millət vəkili də tutulub.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir