Modern.az

İrimiqyaslı təlimlər erməni tərəfini qorxuya salıb

İrimiqyaslı təlimlər erməni tərəfini qorxuya salıb

4 Noyabr 2016, 20:15

Azərbaycan Silahlı Qüvvələrinin planlaşdırılan irimiqyaslı təlimləri heç şübhəsiz erməni tərəfini qorxuya salıb. Modern.az saytı xəbər verir ki, bu, Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir. Bəyanatda bildirilir ki, beynəlxalq səviyyədə vasitəçilərin münaqişə ilə bağlı qəbul etdikləri qərarlara hörmətlə yanaşaraq Silahlı Qüvvələrimiz təlimləri ölkəmizin sərhədləri çərçivəsində, öz ərazilərimizdə bütün qoşun növlərinin cəlb olunması ilə keçirir və burada beynəlxalq tələblərin pozulmasından söhbət gedə bilməz.

 

Əgər beynəlxalq strukturlar, təşkilatlar hansısa bir ölkəyə qadağa və sanksiyalar tətbiq etməlidirlərsə, bu ilk növbədə elə Ermənistan olmalıdır. Çünki beynəlxalq qurumların qəbul etdikləri qərarlara əhəmiyyət verməyən, laqeyd yanaşan, onları kobud şəkildə pozan məhz Ermənistandır. Əslində işğal olunmuş ərazilərimizdə Ermənistanın keçirdiyi hərbi təlimlərə reaksiya verilməli və rəsmi Yerevana qarşı sanksiyalar tətbiq edilməlidir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir