Arxiv
28 Aprel 2017, 15:24 | AKTUAL
Zərərçəkmiş: "MTN-də məndən 300 min dollar aldılar"

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

"Report"un məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vidadi Əzizov ifadə verib.

O bildirib ki, əvvəllər təqsirləndirilən şəxsi tanımayıb, Rusiya və İran arasında kübrə alveri ilə məşğul olanlarla işləyib. V.Əzizov 2012-ci ildə Dubaydan "Zaminbank"a pul göndərildiyini, həmin pulu götürmək üçün bankın Nərimanov filialına yollandığını söyləyib: "Nəriman adlı tanışım bankdan götürdüyü 1 milyon manatı mənə verdi. Sonra Nərimana puldan 300 min manat qaytardım. Həmin vaxt onun dostundan ev almışdım. Pul ona çatdıracaqdı. Bizi orada tutub MTN-ə gətirdilər. Məni vətənə xəyanət etməkdə, İrana casusluqda suçladılar".

Zərərçəkmiş qeyd edib ki, daha sonra həbs edilməməsi üçün razılaşıb və onlara 100 min manat vermək imkanının olduğunu deyib: "Razılaşmadılar və sərbəst buraxılmağım üçün məndən 300 min dollar aldılar".

O, M.Əsgərov tərəfindən 100 min dollar tələb edildiyini, sonda 40 min dollar verdiyini deyib: "Mən 4 ay MTN əməkdaşları tərəfindən təqib olundum".

V.Əzizov ifadəsində mülki iddiasını müdafiə etdiyini, ona dıymiş ziyanın təqsirləndirilən şəxsdən tutulmasını istəyib.

M.Əsgərov isə zərərçəkmişin dediklərini özünə qarşı təhqir kimi qiymətləndirərək, ona etiraz edib. Bu zaman M.Əsgərov, onun vəkili və zərərçəkmiş arasında mübahisə yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.

Zərərçəkən V.Əzizov M.Əsgərovun İranda saxlanması və təsir altına düşməsi haqda sualına cavab verib. O, bunları təkzib edərək, belə bir halın baş vermədiyini söyləyib.

M.Əsgərov Nihad Əliyev adlı şəxsin V.Əzizova mesaj yazıb: "Mesajda qeyd edilib ki, "Azərbaycanda 22 nəfər tutulub, ehtiyatlı ol". O, bu mesajla sənə nə demək istəyirdi"?.

V.Əzizov isə "həmin ərəfədə Azərbaycanda ara qarışmışdı" cavabını verib: "Məni NTN-də İranın xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmaqda, "Eurovision" ərəfəsində Bakıda partlayışlar planlaşdırmaqda ittiham etdilər".

M.Əsgərov arayış verərək bildirib ki, zərərçəkmişin ifadələri arasında ziddiyyətlər var.

Prosesdə V.Əzizovun valideynləri və sürücüsü də ifadə verib. Həmin şəxslər V.əzizovun necə həbs olunmasından danışıblar.

Məhkəmənin növəti iclası mayın 12-nə təyin edilib.

İttihama görə, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zelenskidən Putinə MESAJ: “Bizdən heç nə tələb edə bilməzsiniz” 4 İyul 2020, 18:02 Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA 4 İyul 2020, 17:48 Dünyanın ən yaşlı pişiyi öldü 4 İyul 2020, 17:24 Hövsanda dəfn mərasimində iştirak edənlər SAXLANILDI 4 İyul 2020, 17:13 Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 Gəncədə deputat və bələdiyyə sədrinin iştirakı ilə reyd keçirib 4 İyul 2020, 16:36 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55 Bakı meriyasından koronavirus AÇIQLAMASI: “Əməkdaşlar arasında…” 4 İyul 2020, 11:47 UNEC brendi Estoniyada da tanındı 4 İyul 2020, 11:43 Daha 3 ölkədə “Formula 1” yarışları ləğv oluna bilər 4 İyul 2020, 11:37 Ermənistanda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır 4 İyul 2020, 11:32