Modern.az

“Muğanbank” “Çekozit” adlı öz yeni layihəsini təqdim edir

“Muğanbank” “Çekozit” adlı öz yeni layihəsini təqdim edir

4 May 2017, 18:03

Layihəyə əsasən 500 AZN məbləğində nominal dəyəri 50 AZN təşkil edən “Muğanbank Çek” əldə edən müştəri, əlavə olaraq 400 AZN məbləğində çeklərin nömrələrini bankdan əldə edib, bir il ərzində tirajlarda uduş şanslarını artıra bilər. “Muğanbank Çek”-lər  ildə 8 dəfə, hər 45 gündən bir keçirilən tirajda oynanılır. Hər bir tirajın uduş fondu 87 500 AZN, uduşların sayı 300 ədəd, maksimal uduş isə 10 000 AZN təşkil edir.

Beləliklə, “Çekozit” daha çox “Muğanbank Çek” alıb, daha çox uduş şansı qazanmaq imkanı yaradır.

 

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 43 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına,həmçinin //www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl   facebook səhifəsinə keçid ala bilərsiniz.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...