Arxiv
13 Noyabr 2009, 19:35 | TƏHSİL
Qoruyucu maskaları baha satan daha bir aptek müəyyənləşdirildi

Qoruyucu maskalara (respiratorlara) tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətin şişirdilməsi hallarının qarşısının alınması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə yoxlamalar davam etdirilir. Modern.az İqtisadi İnkişaf Nazirliyiyinə istinadən xəbər verir ki, noyabrın 13-də daha bir aptekin süni qiymət artımına yol verdiyi aşkarlanıb.
Belə ki, yoxlamalar zamanı Nəsimi rayonu, Cavadxan küçəsi-76 ünvanında “Liderfarm” ASC-yə məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 50 qəpiyə satıldığı və beləliklə də, onların qiymətlərinin süni şəkildə artırıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi və bu obyektə verilmiş xüsusi razılığın (lisenziyanın) dayandırılması ilə bağlı tədbirlər görülür. Yoxlamalar davam etdirilir. Xatırladaq ki, bundan öncə yoxlanılan 36 aptekdən 4-də qanunsuz hallar aşkarlanıb.
Yeri gəlmişkən, noyabrın 13-də Azərbaycanda A/H1N1 virusuna ("donuz qripi") yoluxmuş daha bir nəfər evə buraxılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 7 nömrəli Birləşmiş Uşaq Yoluxucu Xəstəxanasından evə yazılan şəxs tam sağalmış vəziyyətdədir. Hazırda xəstəxanada iki nəfər virusa yoluxmuş xəstə qalıb. Onların vəziyyəti kafidir.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03 “Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin 22 Oktyabr 2020, 22:53 “Qarabağ” və “Makkabi” komandalarının start heyəti açıqlandı 22 Oktyabr 2020, 22:40 “Elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, koronavirus Orduya gedib çıxsın” - Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ 22 Oktyabr 2020, 22:29 “Ali Baş Komandanımızdan Kəlbəcərin də müjdəsini alacağıq” - Cavid Qurbanov 22 Oktyabr 2020, 22:20 Ordumuz Azərbaycanın ərazisini və əhalisini müdafiə etmək məqsədilə əks-hücuma keçib - Səfir 22 Oktyabr 2020, 22:15 Azərbaycanda şair vəfat etdi 22 Oktyabr 2020, 21:57