Modern.az

65 yaşına çatmış hansı həkimlər dövlət xəstəxanalarında işdə saxlanılacaq?

65 yaşına çatmış hansı həkimlər dövlət xəstəxanalarında işdə saxlanılacaq?

1 Avqust 2011, 17:19

Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışamanın yuxarı yaş həddinə uyğun olaraq qurumlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır. Modern.az-ın məlumatına görə,  Təhsil Nazirliyinin ardınca Səhiyyə Nazirliyində də belə siyahı hazırlanır. Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, hazırda səhiyyə sistemində 7100 nəfərə qədər yaşı 65-dən yuxarı səhiyyə işçisi var. Onlardan 1900-ü həkim, qalanları orta tibb işçisi və səhiyyə sahəsində çalışan işçilərdir. 
Nazir müavini deyib ki,  “Dövlət qulluğu haqqında” qanuna yaş məhdudiyyəti ilə bağlı edilən əlavə və dəyişikliklər barədə qanun səhiyyə sistemində icra olunur.
Onun sözlərinə görə, 70-dən yuxarı olan tibb işçilərinin fəaliyyət göstərməsi üçün lazım olan kriteriyalar Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilib.
Bu kriteriyalara uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən təltif edilənlər, elmi dərəcəsinin olanlar, bəzi ucqar yerlərdəki tibb müəssisələrində həkimlərə, mütəxəssislərə ehtiyac nəzərə alınacaq. 65 yaşlı işçilərin nə vaxtdan işdən çıxarılacağına gəlincə isə nazir müavini vurğulayıb ki, artıq bütün müəssisələrdə bununla bağlı işlərə başlanılıb və işçilərin siyahıları hazırlanıb. O, yaşı 65-dən yuxarı olan işçilərin işdən azad edilməsinin səhiyyə üçün böyük problem yaratmayacağını deyib.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?