Arxiv
21 Aprel 2018, 14:02 | HADİSƏ
Tramp Ağalarovların da müdafəsinə qalxdı

ABŞ prezidenti Donald Tramp Demokratların Respublikaçılara qarşı “Rusiya ilə işbirliyi” iddiasına cavab verəcəklərini bildirib. Modern.az xəbər verir ki, bu barədə Tramp öz “Twitter” səhifəsində yazıb.

 

“Demokrat-abstruktorların qərargahının bizi məhkəməyə verdiyini  indi eşitdim. Bu, bizim üçün o yaxşı xəbər ola bilər. Bu mənada ki, demokratların Federal Təhqiqatlar Bürosuna (FBI) öz DNC serverlərini vermədikləri, Vendi Vasserman Şultsa aid serverlər haqda, Pakistandan olan sirli şəxsdəki  sənədlər və Hillari Klintona aid elektron məktublar da daxil bir neçə mövzuya cavab verə bləcəyik”-  Tramp   yazıb.

 

Respublikaçılar partiyası da buna cavab olaraq Demokratları korrupsiyada ittiham edib. Bir neçə iddia ortaya atıblar. Qeyd etmək lazımdır ki, bu iddialar hələ Donald Trampın namizədliyi dövründə ona böyük uğur gətirib. Lakin Trampın prezident seçilməsindən sonra Respublikaçılar bu işin üstünə çox getməyib və onu tamamən gündəmdən çıxarmışdılar.

 

Bu iddialar içərisində ən diqqət çəkənlərdən biri də Hillari Klintonun qərargahının sifarişi ilə “Fusion GPS” şirkətinin Trampın zərərinə qalmaqallı kompromat dosye hazırlamasıdır.

 

Bundan başqa Tramp qərargahının vaxtında yaxşı istifadə etdiyi bir neçə iddia da gündəmə gəlib. Bunlara Demokratların sındırılmış serverlərə FBI-ya giriş verməməsi, partiya rəhbərliyi tərəfindən Berni Sandersin əleyhinə Hillari Klintonun dəstəklənməsi, həmçinin mətbuatla gizli sövdələşmə məsələləri aiddir.

Yəni,  bura Klinton qərargahının əməkdaşları ilə yazışmalar və sair digər qalmaqallı iddialar daxildir.

 

Aprelin 20-də ABŞ-ın Demokratlar partiyasının Milli komitəsi 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxilə iddiası ilə içlərində azərbaycanlı oliqarx Araz Ağalarov və onun oğlu Emin Ağalarov da daxil olmaqla Rusiya hökumətini, Baş Kəşfiyyat İdarəsini (QRU), “WikiLeaks” saytının qurucusu Culian Assancı və Donald Trampın seçki qərargahını məhkəməyə verib. Burada maraqlı məqam Trampın adının bir-başa çəkilməməsidir.

 

Nyu-Yorkun Manhetten Federal dairə məhkəməsinə təqdim edilmiş iddia ərizəsində göstərilir ki, Trampın seçki qərargahının rəhbərliyi Rusiya hakimiyyəti və hərbi kəşfiyyatı ilə sövdələşməyə girərək demokratların prezidentliyə namizədi Hillari Klintona qarşı gözdənsalma kampaniyası başladıb. Habelə Demokratlar partiyasının kompüter şəbəkəsinə kibermüdaxilə həyata keçirərək seçki kampaniyasının gedişini Trampın xeyrinə dəyişdirib.

 

Əvəz ZEYNALOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayolardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00 Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53