Arxiv
4 İyul 2018, 11:22 | REPORTAJ
Gəncənin kabinetində öldürülən icra başçısı - Elmar Vəliyevə sui-qəsd ilk belə olay deyil - TƏFƏRRÜAT  

2018-ci iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq, tərksilah edilib.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.


Cinayətdən zərər çəkən Elmar Vəliyev və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.
 
 
Nədənsə, Gəncə belə hadisələrin baş verməsi ilə “məşhurlaşan” şəhərdir. Azərbaycanın ikinci böyük şəhərində icra başçısına sui-qəsd edilməsi ilk hadisə deyil. 1993-cü ildə də Gəncə belə kriminal hadisəyə şahidlik etmişdi.

Modern.az saytı həmin dövrə ekskurs edib..

 

Xatırladaq ki, 1993-cü ildə Gəncənin ovaxtkı icra başçısı Hacı Vaqif (Vaqif Süleyman oğlu Vəliyev) qətlə yetirilib...

 

ARAYIŞ

 

Vaqif Vəliyev 1940- cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Vaqif Vəliyev Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb.

Hacı Vaqif adıyla məşhurlaşan Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olunub.

O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadə ziyarətgahını təmir etdirib. Məlumatlara görə, qısa müddətdə o, Gəncə əhalisinin böyük rəğbətini qazanıb.

Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.


Bəs Hacı Vaqif niyə öldürülmüşdü?

 

Azərbaycan Kommunist Partiyasının keçmiş sədri, vaxtilə Gəncə şəhirninin rəhbərliyində təmsil olunmuş Firidun Həsənov Modern.az saytına müsahibəsində bu haqda geniş danışıb.


F.Həsənov bununla bağlı deyib:

 

“1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Hacı Vaqifi qətlə yetirdilər. Mən o zaman Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini idim. 1992-ci ildə Gəncə şəhərinin birinci katibi olmuşam, sonradan birinci katiblər icra başçısı oldular. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlməmiş prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov məni işdən çıxarmışdı. Sonra bir müddət mənimlə Kommunist Partiyası sıralarında oldu. Məni o vaxt vəzifədən niyə çıxardığını soruşdum. Dedi ki, guya imza çəkilən sənədlərin arasında mənim də adımı yazıblar. İşdən çıxandan sonra Gəncə Elm Mərkəzində altı ay elmi işçi kimi çalışdım”.


Hacı Vaqif 1993-cü ildə Gəncəyə icra başçısı təyin ediləndə Firidun Həsənovu yanına dəvət edib və deyib ki, şəhəri yaxşı tanıdığından onunla işləsin. Hacı Vaqif qətlə yetiriləndən sonra isə çoxları elə bilib ki, onun müavini Firidun Həsənov da öldürülüb. Hadisədə ölən isə Firidun Həsənov yox, Hacı Vaqifin digər müavini olub.

 

“Hacı Vaqif icra başçısı olanda onun birinci müavini idim və demək olar ki, şəhəri mən idarə edirdim. Vaqif sənədləri, möhürləri mənə həvalə etmişdi. Nə isə, hadisələrin gərgin vaxtında Hacı Vaqifi qətlə yetirdilər. Həmin dövrdə Heydər Əliyev Milli Məclisin sədri idi və Bakıdan elan etdi ki, Gəncənin icra başçısı və müavinini öldürüblər. Həmin hadisədə Hacı Vaqiflə yanaşı, onun sənaye üzrə müavini işləyən Eldar adlı şəxs də öldürüldü. Amma ictimaiyyət elə bilmişdi ki, məni öldürüblər. Əslində isə həqiqətən də məni öldürməyi planlaşdırmışdılar”. 


Firidun Həsənov

“Niyə məhz sizi öz ölüm siyahılarına salmışdılar?” sualına isə Firidun Həsənov belə cavab verib:

 

“Çünki həmin hadisədən təxminən bir həftə öncə şəhər aktivini çağırıb bildirdim ki, Gəncə şəhərini ermənilərə, ruslara və digər qüvvələr verə bilmərik. Dedim ki, vəziyyətdən çıxış yolunu Heydər Əliyev tapa bilər. Lakin Heydər Əliyevin adını çəkən kimi iclas dağıldı. Hacı Vaqif dedi ki, düz eləmədin. Ona bildirdim: “Surət Hüseynov kimdir ki, əhalinin qayğısına qalsın”. Hacı Vaqiflə Surət Hüseynov isə heç cür yola gedə bilmirdi. Hacı Vaqif şəxsiyyətli bir insan idi. Deyirdi ki, vəzifəsindən getmək və yerinə məni gətirmək istəyir. Cavabım belə olmuşdu: “Surət Hüseynov kimdir ki, ona tabe olum?! Mənim iki prinsipim var. İstəyirsən işin getsin, Heydər Əliyev tərəfdarı və kommunist olduğumu nəzər al”.
Şəhər aktivinin iclasında düz kamera qarşısında danışırdım. Bizim yanımızda əyləşən, protokol yazan ümumi şöbənin müdiri kameranı görən kimi stolun altına girdi. Çünki Surət Hüseynovun qorxusundan kadrlara düşmək istəmirdi. Həmin adam daha sonra altı il Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Rasim Daşdəmirov idi. Halbuki, mən Heydər Əliyevin adını çəkdiyimə görə o, Surət Hüseynovun qorxusundan stolun altına girmişdi. Amma belə oldu ki, mən həyatımı təhlükəyə qoysam da, Rasim Daşdəmirova vəzifə verildi!
Hacı Vaqif öldürüləndən bir gün sonra minlərlə insanı mitinqə çıxarmağa nail oldum və onların əksəriyyətinin əlində Heydər Əliyevin plakatları var idi. Heydər Əliyev özü də deyirdi ki, fəaliyyətimlə yaxından tanışdır. Heydər Əliyev dünyasını dəyişən kimi məni yaddan çıxardılar”.

 

Firidun Həsənov Hacı Vaqifin öldürülməsi anını belə xatırlayır:

 

“Eldar icra başçısına təzə müavin təyin olunmuşdu. O, gəlib mənə dedi ki, fəaliyyətə başlaması üçün maşınımı və kabinetimi ona verim. Dedim ki, sənin sərəncamın təzə verilib, Hacı Vaqiflə müzakirədən sonra bu məsələni həll edəcəyəm. O isə bildirdi ki, bu qətiyyən gecikməməlidir və hökmən təzə vəzifəsinin icrasına başlamalıdır. Elə bil ki, onu əcəl hərləyirdi. Axırda ona dedim ki, gedib Hacı Vaqifin yanında kiminsə olub-olmadığını dəqiqləşdirsin. Mənim kabinetim Hacı Vaqifin kabineti ilə üz-üzə idi, aralarında haradasa on metr məsafə olardı. Eldar getdi və qayıdıb mənə dedi ki, “Moskva Nəsrəddin” ləqəbli müəssisə rəhbəri və Ağstafa rayonunun Allahverdiyev soyadlı icra başçısı Hacı Vaqifin yanındadır. Eldar dedi ki, Hacı Vaqifin yanına gedir və işi bitən kimi mənə xəbər göndərəcək.
Eldar gedib Hacı Vaqifin yanında oturur. “Moskva Nəsrəddin” və Allahverdiyev Hacı Vaqiflə görüşdən sonra yanıma gəldilər. Beş-on dəqiqə söhbətdən sonra onlar getdilər. Bundan sonra mən Eldarın məsələsini həll etmək üçün Hacı Vaqifin yanına getmək istəyirdim ki, yanıma bir qaçqın gəldi və məndən problemini həll etmək üçün kömək istədi. Şöbələrə həmin adama kömək göstərmələrini tapşırdım. Yenə Hacı Vaqifin yanına getmək istəyirdim, köməkçim gəlib söylədi ki, bankla bağlı hansısa sənədə imzamı qoymalıyam. Bu vaxt televiziyada Milli Məclisin iclası gedirdi, saat haradasa, axşam 6-nın yarısı idi. Milli Məclisin iclasına baxanda hiss etdim ki, nəsə partladı. Köməkçimə dedim ki, tez baxıb görsün nə məsələdir. Bu çıxdı, yarım dəqiqə keçməmiş qayıdıb bildirdi ki, Hacı Vaqifi öldürüblər. Həmin vaxt bizə xidməti tapança verirdilər. Mən də onu həmişə üstümdə saxlayardım, amma bu dəfə tərslikdən seyfdə idi. Çölə çıxanda gördüm ki, əli avtomatlı, hərbi formalı bir adam söyə-söyə gedir. Əlimi belimə atdım, amma yadıma düşdü ki, tapança seyfdədir. Tapança üstümdə olsa idi, ona atəş açacaqdım. Otağa gəlib, seyfi açıb tapançanı götürdüm. Zal hissədən onun qarşısına çıxmaq istədim, amma gördüm ki, artıq yoxdur. Hacı Vaqifin otağına gəlib gördüm ki, Surət Hüseynovun yaxın adamlarından olan “Zobik”in başına güllə vurulub və o xalçanın üstünə uzanıb. Gördüm ki, Eldar da qardaşının qucağında can verir və qarnı güllə ilə deşik-deşik edilib. Həmin vaxt qardaşı da yaxınlıqda imiş. Hacı Vaqifə yaxınlaşdım, əlimi vurub yoxladım, gördüm ki, bədəni hələ istidir, ölməyib. Təcili tibbi yardım gəlib Hacı Vaqifi xəstəxanaya apardı….


Hadisə belə olub: Eldar Hacı Vaqifin yanında olanda “Zobik” də ora gəlib. Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də deyib ki, heç kimə özbaşına vəzifə verə bilməz. “Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurur. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb “Zobik”in düz alnına atəş açır. Orada olan “Zobik”in cangüdəni avtomatla otaqdakı adamların hamısına atəş açır. Hətta güllə qapını dəlib Hacı Vaqifin mühafizəçisinin baldırına dəymişdi.

Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər. Hacı Vaqif xəstəxanaya aparılarkən mən də getdim. Gördüm ki, “Zobik”in tərəfdarları ilə dövlət adamları əllərində avtomat bir-birinə qarşı dayanıblar. Mən onların ortasından keçməli idim, lakin atəş açacaqları barədə xəbərdarlıq etdilər. Amma heç kim atəş açmadı. İçəri keçəndə bildirdilər ki, Hacı Vaqif artıq ölüb. Dedilər ki, Hacı Vaqifin adamı olduğumdan “Zobik”in tərəfdarları məni öldürəcəklər. Ona görə də məni arxa qapıdan çıxardılar. Bu hadisələrdən sonra məni istintaqa cəlb edən müstəntiq dedi ki, məsələ onluq deyil.
Saat 12-də evə zəng etdim, dedilər ki, artıq həyətdə yasımı vermək üçün çadır qurublar. Elə biliblər ki, öldürülən müavin mənəm. Bütün bunlardan sonra barəmdə cinayət işi açıldı. Müstəntiq şəxsən özü məni evimə apardı və səhər saat 6-da qapımız döyüldü. Qapını açıb gördüm ki, həmin müstəntiqdir. Mənə dedi ki, istintaqla bağlı bəzi sənədlərə dəyişiklik ediblər. Cavabım belə oldu: “Çox gözəl, baxa bilərəm hansı dəyişiklik olunub. Əgər məni Surət Hüseynov kimi birisi mühakimə edəcək və həbs edəcəksə, nə istəyirsinizsə yazın”.

İstintaq zamanı sənədlər saxtalaşdırılırdı. Sənədə baxmadan onu imzaladım. Bayaq haqqında söhbət etdiyim kadrlara baxıblar, bu qərara gəliblər ki, ya öldürülməliyəm, ya da tutulmalıyam. Həmin ərəfədə Əli Ömərov baş prokuror oldu. O, baş prokuror olmamışdan qabaq mənə deyirdi ki, “əgər Heydər Əliyev hakimiyyətə gəlsə, ən azından nazir olacaqsan”.

 

Bəs necə olub ki, qiyamçı polkovnik Surət Hüseynov sonradan Firidun Həsənovdan əl çəkib?

Firidun Həsənov deyir ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi işləyən İmam Mustafayev kömək edib.

“O, ağsaqqal, hörmətli bir adam idi və məni tanıyırdı, ailəvi münasibətlərimiz var idi. İmam Mustafayevin Surət Hüseynovla da əlaqəsi yaxşı idi. İmam Mustafayevə olanları danışdım və o, bütün bunların ədalətsiz olduğunu vurğuladı. İmam Mustafayev Surət Hüseynovun yanına gedib məndən əl çəkməsini xahiş etdi. Bundan sonra Surət Hüseynov və adamları məndən əl çəkdilər. Daha sonralar barəmdəki əsassız cinayət işi ləğv edildi. Hacı Vaqifi öldürəni isə Rusiyadan tapıb gətirmişdilər”…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hacıqabulda qaz kəmərində baş verən yanğın söndürülüb 8 Avqust 2020, 00:52 Ermənilər Holokost qurbanlarının xatirəsinə ucaldılan abidəni təhqir etdi 8 Avqust 2020, 00:36 Bu gündən 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək 8 Avqust 2020, 00:17 Xəstəxanadan əkizlərdən birinin oğurlanması iddiasına CAVAB 8 Avqust 2020, 00:06 “Sarqsyan canını qurtarmaq üçün çürük saman çöpündən yapışır” - Vaqif Dərgahlı 7 Avqust 2020, 23:54 Xarici İşlər naziri Ceyhun Bayramovun ilk müsahibəsi - VİDEO 7 Avqust 2020, 23:37 Tovuzda qadın bıçaqlandı 7 Avqust 2020, 23:18 SOCAR-dan partlayış baş verən qaz kəməri ilə bağlı AÇIQLAMA 7 Avqust 2020, 23:04 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 7 Avqust 2020, 22:49 Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28