Arxiv
31 İyul 2018, 14:05 | AKTUAL
Prezident Xəyyam Mirzəzadə ilə bağlı nekroloq imzaladı

Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslər görkəmli bəstəkar, Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Xəyyam Hadi oğlu Mirzəzadənin ölümü ilə bağlı nekroloq imzalayıb.

Modern.az xəbər verir ki nekroloqda deyilir:


"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli bəstəkar, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində vəfat etmişdir. 

Xəyyam Mirzəzadə 1935-ci il oktyabr ayının 5-də Bakı şəhərində anadan olmuşdur. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurmuşdur.

Əmək fəaliyyətinə 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə bəstəkarlıq kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmişdir.

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının üzvi əlaqəsinə əsaslanan və özünəməxsusluğu, ifadəliliyi, dinamizmi ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər meydana gətirmişdir. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara şöhrət qazandırmışdır. Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərə, eləcə də çox sayda dram tamaşalarına onun yazdığı musiqilər öz ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə dinləyicilərin zövqünün formalaşdırılmasına xidmət etmiş, musiqi mədəniyyətimizin təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilmişdir. Ölkənin musiqi ictimaiyyəti Xəyyam Mirzəzadəni eyni zamanda gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirmişdir.

Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olmuşdur.

Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdur.

Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Hadi oğlu Mirzəzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Fərəh Əliyeva

Əbülfəs Qarayev

Ceyhun Bayramov

Firəngiz Əlizadə

Fərhad Bədəlbəyli

Arif Məlikov

Fidan Qasımova

Tofiq Bakıxanov

Rauf Abdullayev".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fişəng fabrikindəki partlayışda ölü sayı artdı - VİDEO 4 İyul 2020, 00:53 Böyük Britaniyada koronavurudan 137 nəfər öldü 4 İyul 2020, 00:41 “İki gün ev şəraitində müalicə alıb, qızdırması düşmüşdü” - Etibar Babayevin xanımı 4 İyul 2020, 00:29 16 şəhər və rayonda iki günlük ictimai nəqliyyatın fəaliyyəti dayandırılır 4 İyul 2020, 00:16 Bakı metrosu bu gündən iyulun 20-dək İŞLƏMƏYƏCƏK 4 İyul 2020, 00:04 DOST mərkəzləri xüsusi karantin günlərində də fəaliyyət göstərəcək 3 İyul 2020, 23:56 Bərdədə 7 yaşlı uşaq bacısını öldürdü 3 İyul 2020, 23:43 Prezident yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı 3 İyul 2020, 23:31 Bərdədə yol kənarında meyvə-tərəvəz satan şəxsi avtomobil vurdu 3 İyul 2020, 23:21 Daha həkim koronavirusdan öldü 3 İyul 2020, 23:06 Xəlifəlik qurmaq istəyənlər yaxalandı 3 İyul 2020, 22:53 “Fəxri ad davası aparan elə adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur” - Baş redaktor 3 İyul 2020, 22:46 Rusiya ölkəyə miqrantların axınında maraqlıdır 3 İyul 2020, 22:33 Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib 3 İyul 2020, 22:19 Minsk qrupu xalqları müharibəyə hazırlayır 3 İyul 2020, 22:07 Türkiyədə 178 278  nəfər koronavirusdan sağalıb 3 İyul 2020, 21:54 Saatlı sakini intihar edib 3 İyul 2020, 21:37 Milyonlarla vəsait əldə edən şirkətlərin BENEFİSİAR SAHİBİ 3 İyul 2020, 21:23 Birinci xanım koronavirusdan sağaldı 3 İyul 2020, 21:09 Hindistanda yerli koronavirus vaksininin sınaqları başlayır 3 İyul 2020, 20:49 Yaponiyada koronavirusa yoluxanların sayı 20 mini ötdü 3 İyul 2020, 20:33 Xarici işlər naziri koronavirusa YOLUXDU 3 İyul 2020, 20:16 Mehriban Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi - FOTOLAR 3 İyul 2020, 20:00 “Şərəfi olan adam vəzifədən asılı olmayaraq şərəfsizlik eləmir” - MÜSAHİBƏ 3 İyul 2020, 19:40 Vətəndaşların nəzərinə - “ASAN xidmət” və  “ASAN Kommunal” 4 gün işləməyəcək 3 İyul 2020, 19:32 Yeni tədris ili avqustun 31-dən başlayacaq - Türkiyədə 3 İyul 2020, 19:24 Saatlının su problemi nəzarətə götürüldü 3 İyul 2020, 19:17 “Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Rəsmi 3 İyul 2020, 19:10 Apteklərdə dərman çatışmazlığı var? - Prezidentin köməkçisindən cavab 3 İyul 2020, 19:01 Baş redaktor koronavirusdan sağaldı 3 İyul 2020, 18:58 Krediti olanlara güzəşt ediləcək? - AÇIQLAMA 3 İyul 2020, 18:55 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı 3 İyul 2020, 18:50 TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur 3 İyul 2020, 18:45 Şeyx din xadimlərini topladı - FOTO 3 İyul 2020, 18:42 Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36