Arxiv
14 Avqust 2018, 15:25 | REPORTAJ
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR

Avqustun 14-də builki qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər AzEdu.az Azərbaycan Təhsil Portalının, Modern.az İnformasiya Agentliyinin təşkilatçılığı və Nar Mobile-ın dəstəyi ilə baş tutan tədbirdə ilk dəfə bir araya gəliblər.

 

Tədbirdə millət vəkilləri, Azərbaycan Respublikası Təhsil  Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin nümayəndələri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

 

Modern.az-ın təşəbbüsü ilə hər il keçirilən və artıq ənənə şəklini alan bu cür tədbirlərin məqsədi təhsil qəhrəmanlarının ölkə miqyasında tanıdılması, eyni zamanda, onların  gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə örnək olaraq, aşılamaqdır.

 

“Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2018-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri  qiymətli hədiyyələrlə mükafatlandırıb.

 

İctimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif  bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edilib.

Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik ediblər. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.

İştirakçılardan millət vəkili Mahir Abbaszadə tədbirin əhəmiyyəti barədə söz açıb:

“Bu il 700 bal toplayan gənclərin sayının artması təhsilə olan qayğının, diqqətin çoxluğundan irəli gələn məsələdir. Sizlər təhsilin qəhrəmanlarısınız. Bu uğurlarınızı davam etdirməyi və gələcəkdə də qəhrəman olaraq qalmağı sizə arzu edirəm”.

 

AzEdu.az və Modern.az saytının baş direktoru Elşad Eyvazlı tədbirdə iştirak edən qonaqları salamlayaraq maksimum nəticə göstərən abituriyentləri təbrik edib:

 

“Modern.az  və Nar Mobile-ın təşkilatçılığı ilə keçirilən bu tədbir artıq ənənə halını alıb. Hazırda əvvəlki illərdə 700 bal toplayan gənclər də qonaqlar arasında əyləşiblər. Bəzən elə hallar müşahidə olunur ki, yüksək nəticə göstərən abituriyentin ali məktəbdə kəsri olur. Sizə ali təhsilinizi də uğurla davam etdirməyinizi və gələcəyin ən peşəkar mütəxəsisslərinə çevrilməyinizi arzu edirəm”.

 

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri  Firudin Həmzəyev çıxışı zamanı tədbirin yüksək səviyyədə təşkil olunduğunu üçün təşkilatçılara təşəkkür edib:

“Təhsil Nazirliyinin rəhbərliyi adından bu tədbirin təşkilatçılarına, Modern.az və AzEdu.az saytının rəhbərliyinə, o cümlədən millət vəkillərinə öz təşəkkürümü bildirirəm. 700 bal toplayan gəncləri, valideynləri təbrik edirəm. Digər illərlə müqayisədə 700 bal toplayanların sayı 2 dəfə artıb. Bu təhsilə göstərilən qayğının təzahürüdür”.

 

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzdə artıq ikinci ildir ki, bu tədbirdə iştirak etdiyini vurğulayıb:

 

“Ötən il 15 nəfər 700 bal toplamışdı, bu il isə onların sayı artıb. 700 bal toplayan gənclərin sayının artması bizi sevindirir. Bu hələ başlanğıcdır, sizə qarşıda uzun yol gözləyir. Bu uğuru gələcəkdə də davam etdirmək lazımdır”.

 

Qeyd edək ki, təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş “Nar” GSM laboratoriyası yaratmış, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini  xüsusi hədiyyələrə layiq görmüşdür.

 

Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.   

 

 

 

 

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Torpağı işğaldan azad edilənlərin köçkün statusu nə zaman ləğv ediləcək?.. 30 Oktyabr 2020, 09:14 Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu ötdü 30 Oktyabr 2020, 09:00 “Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:55 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17