Modern.az

ABŞ-a qarşı casusluq etdi, 14 il iş kəsdilər

ABŞ-a qarşı casusluq etdi, 14 il iş kəsdilər

22 Sentyabr 2018, 11:45

ABŞ biznesinə qarşı haker hücumlarının əsas iştirakçısı sayılan latviyalı Ruslans Bondars haqda həbs qərarı verilib.

 

Modern.az ABŞ-ın Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, haqqında 14 il iş kəsilən haker digər bu sahədə fəaliyyət göstərən şəxslər üçün casus proqram təminatı yaratmaqda ittiham olunur.

O, müəyyən məbləğ müqabilində digər hakerlərə maliyyə şirkətləri, dövlət orqanları və pərakəndə satışla məşğul olan nəhəng şirkətlə zəiflikləri barədə məlumatlar təqdim edib.

 

Bondarsın hazırladığı antivirusların zəifliklərini müəyyən edən casus proqramı ilə 2009-cu ildən 2016-cı ilə kimi fəaliyyət göstərib.

 

Prokurorlar onun hakerlərə “əhəmiyyətli dərəcədə yardım etdiyi” qərarına gəliblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir