Arxiv
29 Sentyabr 2018, 15:08 | MƏDƏNİYYƏT
Oktyabr ayının hava proqnozu açıqlandı

Oktyabr ayına hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 16-18 dərəcə isti (gecələr 12-17, gündüzlər 19-24, bəzi günlərdə 26-29 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 17-23 mm) olacağı gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 14-16 dərəcə isti (gecələr 9-14, gündüzlər 18-23, bəzi günlərdə 26-31 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 19-32 mm) gözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 4-9, bəzi günlərdə 12, gündüzlər 12-17, bəzi günlərdə 19-21 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 12-17, gündüzlər 19-24, bəzi günlərdə 26-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (30-61 mm) olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 8-13, dağlarda 0-5, gündüzlər 14-19, bəzi günlərdə 22-25 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-126 mm) olacağı gözlənilir.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 13-18, gündüzlər 19-24, bəzi günlərdə 25-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 34-51 mm) olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 11-16 dərəcə isti (gecələr 12-17, dağlarda 3-8, gündüzlər 20-25, bəzi günlərdə 28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 96-274 mm) olacağı gözlənilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37 Hakimliyə namizədlər yazılı imtahan veriblər 7 Avqust 2020, 16:29 Bakıda ana əkiz uşaqlardan birinin oğurlandığını İDDİA EDİR 7 Avqust 2020, 16:25