Arxiv
9 Oktyabr 2018, 10:49 | REPORTAJ
Günay, Nuray, Nihal... - Azərbaycanda cinsini dəyişənlər rəsmən ad-soyadlarını da dəyişiblər - ARAŞDIRMA

Küçədə, nəqliyyatda rastlaşdığımız o tipləri mütləq fərqli mimikalarla seyr edirik. Fərqli seyrçiliyin içində həm qəzəb, həm etiraz, həm də acımaq var.


Onların özləri isə cinsiyyətlərini dəyişdiklərinə görə məmnun görünürlər. Lakin cəmiyyətin münasibətindən dolayı onlar həm də dərin  psixoloji bataqlığın içindədirlər.

 

Azərbaycanda cinsini dəyişən insanların sayı az deyil. Bununla bağlı rəsmi statistika olmasa da, bu əməliyyatlarda iştirak etmiş cərrahların açıqlamaları belə deməyə əsas verir ki, ölkədə cinsini dəyişənlər az deyil.

 

Digər bir məsələ isə cinsiyyəti dəyişəndən sonra həmin şəxslərin ad-soyadının dəyişdirilməsi prosedurudur.

 

Əvvəli oğlan olan Nihalın hekayəsi

 

Cinsiyyətini dəyişənlərdən biri də Nihal Əliyevadır. Nihal Əliyeva Modern.az saytına açıqlamasında deyib ki, cinsini dəyişdirmək üçün əməliyyatı Türkiyədə etdirib.

 

Onun sözlərinə görə, Azərbaycana qayıdıb ad-soyadımı dəyişməklə bağlı müraciət etdikdə, birbaşa cavab verməyiblər.

 


“Amma ən yaxın dostlarım olan Günay, Nuray  cinsiyyətlərini dəyişəndən sonra çox rahat şəkildə ad-soyadlarını da dəyişiblər. Bilirsiniz, Türkiyədə xəstəxananın bizə verdiyi kağız var. O kağız bunun üçündür ki, şəxs rəsmi şəkildə psixoloqlardan keçərək, cinsdəyişdirmə əməliyyatında olub.  Biz həmin kağızı Azərbaycana gətirib öncə notariusa təqdim edirik. Notarius da Azərbaycan dilində sənədin keçərli olduğunu təsdiq edir. Sonra həmin sənədi götürüb  aid olduğun  bölgəyə üz tutursan. Hamının ata-anasının nikah bağladığı rəsmi yer var. Cinsiyyətini dəyişən şəxslər doğum haqqında şəhadətnaməni dəyişmək üçün həmin idarəyə baş vurur”- Nihal Əliyeva bildirir.  

 

Onun sözlərinə görə, cinsiyyətini dəyişən şəxsin ilk işi doğum haqqında şəhadətnaməni yeniləmək olur.

 

“Bu zaman yeni doğum şəhadətnaməsi verilir. Belə deyək də, hər şey sıfırdan başlayır. Tanıdığım o qədər azərbaycanlı rəfiqələrim var ki, mənimlə eyni yoldadır. Onlar da rəsmi qaydada doğum haqqında şəhadətnamədən tutmuş, şəxsiyyət vəsiqəsinə qədər dəyişdirib”- Nihal deyib.

 

Nazirlik qadağanın olmadığını deyir

 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən də mövqe aldıq. Nazirlikdən bildirilib ki, qanunvericilikdə cinsiyyətin dəyişdirilməsi ilə bağlı nə qadağanedici, nə də tənzimləyici norma var:

“Sadəcə təcrübədə kimsə cinsini dəyişəndən sonra gedib şəxsiyyət vəsiqəsini dəyişdirir. Bununla bağlı biz hər hansı bilgiyə sahib deyilik. Çünki şəxsiyyətin dəyişdirilməsinə biraşa Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport və Qeydiyyat İdarəsi baxır”-deyə nazirlikdən bildirilib.

Lakin mövzu ilə bağlı DİN-dən açıqlama almaq istəsək də, suallarımız cavablandırılmadı.

 

Həkimlər bir-birini təkzib edir?

 

Tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev qeyd edib ki, pasiyentləri arasında cinsiyyətini dəyişmək istəyənlər olur. Həkim bunun səbəblərindən də söz açıb:

 

“Təbii bunun müxtəlif səbəbləri var. Psixoloji faktorlar da var. Eyni zamanda hormonol dəyişikliklərin gətirdiyi cinsiyyətindən imtina da ola bilər. Hətta, ailə tərbiyəsinin də burada rolu var. Ola bilsin ki, hansısa şəxs uşaq vaxtı hər hansı cinsi təcvüzə məruz qalıb. O da sonda cinsiyyətini dəyişməsinə gətirib çıxarır.

Azərbayanda cinsiyyətini dəyişmə halları olur. Amma bu çox azdır. Kütləvi deyil. Cinsiyyətini dəyişməyə meyllilik psixoloji durumla bağlıdır”.

 

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndərli isə saytımıza deyib ki, ölkədə cinsiyyətini dəyişməklə bağlı əməliyyatlar aparılmır.

 

“Ancaq anomaliyalı qüsurlu doğulan adamlarda əməliyyat aparıla bilər. Məsələn, dünyaya cinsiyyətsiz gələn uşaqlar olur. Bu zaman onların cinsiyyətini müəyyənləşdirmək çətin olur. Ona görə də dünyaya gələn şəxsin genetik xüsusiyyəti müəyyənləşəndən sonra əməliyyat həyata keçirilir.

Amma Azərbaycanda cinsiyyəti dəyişmə əməliyyatı aparılmır. Həmçinin, qadağa  da yoxdur. Sadəcə, bizim mentalitetimizə uyğun deyil. Ümid edirəm ki, bundan sonra da olmaz.  Bu psixoloji problemlə bağlı bir şeydir. Əməliyyat prosesi heç də asan deyil. Ölüm riski yüksəkdir.

 

Lakin həkimə müraciət edən bütün xəstələr də əməliyyat edilmir. Əvvəlcə müraciət edən şəxsin sağlamlıq vəziyyəti yoxlanılır. Ümumi analizlər alındıqdan sonra, müraciət edən qadın və ya kişinin həm psixiatr müayinəsinin, həm də psixoloq müayinəsinin cavabları alınır. Hər iki həkim şəxsin ruhi-əqli vəziyyətinin, psixoloji durumunun tamamilə yerində olduğuna dair arayış verməlidir.

 

Amma biz bu cür xəstələrə transseksualizm diaqnozu qoyuruq. Bəzən də elə olur ki, cinsini dəyişmək üçün müraciət edən şəxslərə qarşıdakı prosesləri danışırıq. Çox vaxt onlarla söhbət etdikdən, əməliyyatın ağırlığını bildikdən sonra istəklərindən vaz keçirlər”.


Vaqif Qələndərli qeyd edir ki, Azərbaycanda cinsiyyətini dəyişmək istəyən kişilərin sayı, qadınların sayından daha çoxdur.

 

“Qadınlar bəzən bu vəziyyəti etiraf etməyə çəkinirlər. Ümumilikdə keçən il belə müraciətlərin sayı çox olub”.

 

Dünya “cinsi”nə qısa baxış

 

Amerika Plastik Cərrahlar Birliyinin hesabatında göstərilib ki, ABŞ-da 2016-cı ildə cinsini dəyişənlərin sayı bir əvvəlki ilə nisbətən 20 faiz artıb. 

Dünya ölkələrinin üçdə-birində gender dəyişikliyinin pasportda qeyd olunmasına icazə verilir.

Dünyanın 4 ölkəsində - Argentina, Norveç, İrlandiya, Danimarkada bu, tam leqaldır. Burada heç bir məhdudiyyət nəzərdə tutulmur. Həmin ölkələrdə hər hansı bir dəyişiklik etmək sadəcə fərdin tələbinə əsaslanır.

 

İran hökumətinin apardığı rəy sorğusuna əsasən, bu ölkədə hər il 300-400 nəfər cinsini dəyişmək üçün əməliyyat olunur...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18